Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Amerikanın səsinin baş məqaləsi: “Azərbaycanda beynəlxalq radioların yayımının dayandırılması narahatedici mesaj olardı”

10/11/2008

 

Birləşmiş Ştatlar Azərbaycanın Milli Televiziya və Radio Şurasının  Azadlıq və Azad Avropa, Amərikanın səsi və BBC kimi beynəlxalq  radioların yerli  tezliklərdə yayımını  dayandıra biləcəyi barədə xəbərlərlərdən dərin narahatlıq hissi keçirir.

VOA logo

Azərbaycan Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli  Oktaybırın 31-ində  Azərbaycan hökumətinin nəzarətində olan tezliklərdə beynəlxalq yayımların 2009-cu ildə dayandırıla biləcəyini bildirmişdi.  Belə bir addımdan təsir görəcək radiolara və ABŞ-ın bütün beynəlxalq  yayımlarına nəzarət edən Yayım Şurasına əvvəlcədən bu barədə heç bir məlumat verilməyib.

ABŞ-ın Azərbaycandakı  səfirliyinin sözçüsü Terri Deyvidson deyib ki,  beynəlxalq  yayımların  Azərbaycan ictimaiyyətində mühüm yeri var:  “Demokratik ictimaiyyətlərin açıq və çoxsahəli  media  mühitinə  ehtiyacı var. Amerikanın səsi, Azadlıq radiosu və BBC kimi beynəlxalq yayımların Azərbaycanda ictimai debatların və qarşılıqlı anlayışın genişlənməsində böyük töhfələri olub.

Azadliq radiosu  həftədə 67 saatlıq proqramları ilə, dinləyicilərinə ən son xəbər və məlumatları, yerli, social və siyasi məsələlər barədə canlı tok şoular təqdim edir.  Amerikanın Səsinin Azərbaycan xidməti isə  Bakıda  FM tezliyində  gündə iki dəfə  beş dəqiqəlik  xəbər  proqramı  və yarım saatlıq tam formatlı proqram efirə verir və həmin proqram bir dəfə  təkrar olunur.  Amerikanın səsinin  günün başlıca  xəbərlərdindən ibarət  7 dəqiqəlik  Nefsflash proqramı həftə günləri, 15 dəqiqəlik  Amerika  İcmalı  proqramı isə Şənbə günləri AZ TV-də efirə çıxır.

Yayım Şurasının  üzvü  Steven Saymon  deyir ki, regionda milyonlarla insan bizim yüksək keyfiyyətli xəbər, informasiya və analizlərimizə etibar edir və biz Azərbaycan hökumətini bu planı yenidən nəzərdən keçirməyə çağırırıq.  ABŞ  Dövlət Departamentinin sözçüsünün müavini  Robert Vud Noyabrın altısında verdiyi  bəyanatda  deyib ki, ABŞ Azərbaycan hökumətindən məsələyə aydınlıq gətirməsini istəyib.   O deyib ki, beynəlxlaq radioların yerli  yayımının  dayandırılması  narahatedici bir mesaj olardı.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Barak Obama Demokrat Partiyasının üzvü kimi sonuncu radio müraciətini  inaqurasiyanın  mahiyyətinə həsr edib

  Başqa xəbərlər
Kabildə kamikadze hücumu  4 əfqan vətəndaşının ölümünə səbəb olub
İsrail atəşkəslə bağlı qərarını bu gün verməlidir
Şimali Koreya nüvə başlıqları düzəltmək qabiliyyətinə malik olduğunu bildirir
Suriya Barak Obama administrasiyası ilə əməkdaşlığa hazırdır
Qırğızıstan ABŞ-ın hərbi bazasını bağlaya bilər
Prezident Buş sonuncu radio müraciətini etdi
Urmiyənin Qızıl Xənəyə sakinlərilə polis arasında qarşıdurma olub
İlham Əliyev: Azərbaycanın ən azı 2 trilyon kubmetr qazı var
Bakı ilə Moskva arasında silah qalmaqalı böyüyür
Bakıda bina partlayıb
Sergey Lavrov: `Rusiya Obama administrasiyası ilə bir sıra məsələlərdə əməkdaşlığa razıdır`
Terri Devidson: ‘FM-də yayımı mühüm hesab edirik’
Həmas İsrailin şərtlərini qəbul edə bilməz
Roma Papası İranla münasibətlərin yaxşılaşması sahəsində iş görəcəyinə söz verib
'Ergenekon iddiası Türkiyə qanunlarının fundamental prinsiplərini pozub'
Avropa Birliyindən Rusiya və Ukraynaya növbəti xəbərdarlıq
Deyvid Petreus Türkmənistandadır
Marsda metan qazı aşkar edilib
Azərbaycan uşaqların durumuna görə dünyada 77-ci yerdədir  Audio Clip Available
Avropa Şurası MTRŞ-nin qərarından narahatdır
Dəyirmi Masa: Azərbaycanda insan hüquqları və mətbuat azadlığı
Barak Obama: `ABŞ-ın xarici siyasətində hər iki partiyanın mövqeyi rəhbər götürüləcək`
Xarici Əlaqələr Komitəsi Hillari Klintonun dövlət katibi vəzifəsinə namizədiyini təsdiq etdi
İsrailin raket hücumları zamanı Qəzzadakı BMT nümayəndəliyi dağılıb
Əli Həsənov: 'Xarici radioların orta dalğalarda yayımı mümkündür'
Yunanıstan ATƏT-in Gürcüstanda missiyasını davam etdirmək üçün yeni təkliflər irəli sürüb
Dünyada hər gün doğuş zamanı 1500 qadın dünyasını dəyişir
Rusiya və Ukrayna rəsmiləri şənbə günü Moskvada görüşəcək
Mumbay hücumlarında əli olmaqda şübhələnilənlərın sayı artır
Venesuela konstitusiyasında dəyişiklik etiraz aksiyaları ilə qarşılanıb
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Human Rights Watch: `Azərbaycan səhvlərini düzəldə bilmədi`