VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

16 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Həmas İsrailin şərtlərini qəbul edə bilməz

16/01/2009
Palestinian gather as firefighters try to control a fire after an Israeli airstrike in the Rafah refugee camp, southern Gaza Strip, 15 Jan 2009Həmas bildirir ki, Qəzza Zolağında atəşkəs üçün İsrailin irəli sürdüyü şərtləri qəbul edə bilməz.  Qəzzaya dair Qətərdə keçirilən zirvə toplantısında Həmasın lideri Xalid Məşəl Ərəb ölkələrinin liderlərinə deyib ki, münaqişənin səbəbkarı Həmas yox, İsraildir. O, yəhudi dövlətini günahsız qadın və uşaqlar daxil olmaqla fələstinlilərə qarşı müharibə aparmaqda günahlandırıb.  Xalid Məşəldən sonra danışan Suriya prezidenti Bəşər Əl-Əsəd Ərəb dövlətlərini İsraillə bütün rabitələri kəsməyə çağırıb. Fələstin muxtar idarəsi, Misir və Səudiyyə Ərəbistanının etiraz etdiyi zirvə toplantısında İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib.  BMT-nin baş katibi Ban Ki Mun Ramallahda Fələstin muxtar idarəsinin liderlərilə görüşdükdən sonra atəşkəs müqaviləsinin yaxınlaşdığını bildirərək deyib ki, indi İsrailin atəşkəs təşəbbüsünü qəbul etməsinin vaxtı gəlib çatıb.

Şərhlər:

İlk şərhi siz yazın
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər