VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

15 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
İsrailin raket hücumları zamanı Qəzzadakı BMT nümayəndəliyi dağılıb

15/01/2009

 

Bu gün İsrailin Qəzzaya raket hücumları zamanı BMT-nin Qəzza şəhərindəki nümayəndəliyi dağıdılıb. Fələstinin qaçqın düşərgəsi yaxınlığında yerləşən nümayəndəliyin yaşayış binaları hücuma məruz qaldıqdan sonra yanmağa başlayıb. BMT-nin Qəzzadakı rəsmiləri raket hücumları zamanı havada ağ fosfor rəngli duman görüb. 

BMT-nin baş katibi Pan Gi Mun İsraildə keçirilən mətbuat konfransı zamanı İsrail rəsmilərinə raket hücumlarının qanun pozuntusu olduğu barədə xəbərdarlıq edib. BMT İsrail və Həması təcili olaraq döyüşləri dayandırmağa çağırır. İnsan hüquqları təşkilatı Human Rights Watch da İsraili əhalinin yaşadığı əraziləri fosfor raketlərindən atəşə məruz qoyduğu üçün qınayıb.Tibb işçilərinin bildirdiyinə görə 300-ü uşaq olmaqla, mindən çox fələstinli öldürülüb.


Şərhlər:

İlk şərhi siz yazın
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər