VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

15 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Əli Həsənov: 'Xarici radioların orta dalğalarda yayımı mümkündür'

15/01/2009
Əli Həsənov
Əli Həsənov
Azərbaycan ABŞ-ın Yayım Şurasından və BBC-dən təkliflər gözləyir. “Amerikanın səsi”nə  açıqlama verən Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Amerikanın və Böyük Britaniyanın müxtəlif qurumları və dövlət rəhbərləri xarici radiolarla bağlı Azərbaycan prezidentinə müraciətlər edib. Cənab Həsənov Azərbaycan hökumətinin bu qurumlarla dialoqa hazır olduğunu dilə gətirib. Onun sözlərinə görə, Azərbaycan yerli şirkətlər üçün nəzərdə tutulmuş FM tezliyi istisna olmaqla, bu radioların yayımını digər bütün vasitələrlə davam etdirməyə hazırdır. Digər vasitələr dedikdə, Əli Həsənov beynəlxalq peyk yayımı imkanlarını, kabel teleradio sistemini, orta və qısa dalğaları nəzərdə tutduğunu bildirib. “Eyni zamanda, ABŞ və Böyük Britaniya hökumətləri ilə hökumətlərarası sazişə müvafiq olaraq qarşılıqlı yayım praktikası da həyata keçirilə bilər”- deyə o, qeyd edib.  

Şərhlər:

İlk şərhi siz yazın
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər