Donuz qripi A-H1N1 epidemiyası daha geniş şəkildə yayıla bilər
04/05/2009
Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin sözlərinə
görə, Meksika hökumətinin xəstəliyin zirvə nöqtəsinə çatdığını və
artıq azalmaqda olduğunu söyləməsinə baxmayaraq donuz qripi A-H1N1 epidemiyası
daha geniş şəkildə yayıla bilər. Marqaret Çan “Financial Times” qəzetinə
bildirib ki, Meksika daxilində və xaricindəölənlərin sayının azalması problemin sona çatması demək deyil. O,
xəstəliyin qarşısının alınacağını ümid edir.Çan deyib ki, virus yayılmaqda
davam etsə, bu, 21-ci əsrdə dünyanın üzləşdiyi ən böyük epidemiya ola bilər.
Keçən həftə Ümumdünya Səhiyyə Təşkilatı donuz qripi təhlükəsi barədə
xəbərdarlığı 6 dərəcəlik şkala üzrə 5-ci dərəcəyəqaldırmışdı.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.