İsrail prezidenti Şimon Peres bu gün Barak Obama ilə görüşür
05/05/2009
İsrail prezidenti Şimon Peres bu gün ABŞ
prezidenti Barak Obama ilə görüşüb, fələstinlilərlə sülh prosesi və İranla
bağlı müzakirələr keçirir. Dünən Amerika-İsrail İctimai Əlaqələr Komitəsində
danışan Şimon Peres Fələstin dövlətinin yaradılması məsələsinə toxunmamışdı.
İranla bağlı prezident deyib ki, İranın nüvə fəaliyyətləri İsraillə yanaşı, ABŞ,
Avropa və ərəb dünyasına birbaşa hədədir.
Bu arada, İsrailin baş naziri Benyamin
Netanyahu fələstinlilərlə sülh prosesinə
yeni tərzlə yanaşılmalı olduğunu deyib. Qüdsdən peyk bağlantısı vasitəsi ilə Vaşinqton
yığıncağında iştirak edən baş nazir yeni yanaşma tərzinin üç-siyasi, istisadi və
təhlükəsizlik nəzərə alınaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.