Amerikanın səsi həftədə 6 gün azərbaycanlı seyrçilərinə TV proqramlarını təqdim edir. Birləşmiş Ştatların siyasi, iqtisadi, əyləncə xəbərləri, Vaşinqtondan Azərbaycana baxış, dünyanın siyasi düzəni – Bütün bunları Amerikanın səsinin peyk və internet vasitəsi ilə yayımlanan verilişlərində izləyin.
Amerikanın səsinin dünyanın müxtəlif bölgələrində 18 xəbər bürosu və yüzdən artıq müxbirinin hazırladıqları reportajlar Azərbaycan seyrçilərinə Amerika icmalı, Newsflash və Newsflash Special proqramlarında təqdim olunur.
Siz Amerikanın Səsinin Azərbaycan xidmətinin “Newsflash” televiziya proqramına həftənin bazar ertəsi günündən cümə gününə qədər Bakı vaxtılə səhər saat 6:30-da 6:40 və 21:30-da (təkrar), Amerika icmalına isə şənbə günü səhər saat 5:30, 5:45 (təkrar) və 21:30-da (təkrar) New Skies, Asiasat və Hotbird peyk kanalları vasitəsilə baxa bilərsiniz. Peyk tezlikləri barədə məlumat səhifənin alt hissəsində yerləşdirilib.