İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır
13/01/2009
İran
hökümətinin Azərbaycan dili, mədəniyyəti və musiqisinə əlavə məhdudiyyətlər tətbiq
etmək məqsədi ilə İran Azərbaycanında fəaliyyət göstərən bir neçə musiqiçini
ölkədən çıxarıb.
"Urmu
News"da yayılan məlumata görə, Urmiyənin "El Səsi", "Türk Müzik" və "Barış" musiqi
grupunda garmon ustası kimi tələbə yetişdirən naxcıvanlı Kamal Əliyev bir neçə
gün öncə Urmiyyə Ettelaatına çağırılaraq, ölkəni tərk etmək üçün 24 saat vaxt
verildiyi barədə xəbərdarlıq alıb. Cənab Əliyevin "arzuolunmaz şəxs" elan
edilməsinin səbəbləri barədə heç bir söz deyilməyib.
Həmin mənbənin məlumatına görə, təhlükəsizlik orqanları başqa bir
neçə musiqiçinin də ölkəni təcili tərk etməsi ilə bağlı hədələyici telefon
zəngləri edib.
Son günlər İran Ettelaatına və İslam İnqılabı Keşikçilərinə yaxın
olan bir sıra mənbələr "Bakıdan Təbrizə gələn musiqi grupları özləri ilə
dəhşətli fəlakətlər gətirir!" başlıqlı məqalələr yayıb.