VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

14 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Avropa Birliyi Nabucco kəmərinin tikintisini ali prioritet hesab edir

14/01/2009

Nabucco
Nabucco
Avropa Birliyinə sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanek Avropada yeni enerji təhlükəsizliyi sistemi yaratmağa çağırıb.
Cənab Topolanek 120 günlük neft və qaz ehtiyatı yaradılmasının və enerji resurslarının alternativ ixrac marşrutlarının axtarılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında münaqişə Avropa Birliyini Avropada enerji təhlükəsizliyinə böyük diqqət yetirməyə məcbur etməlidir. Baş nazir birliyi Xəzər qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq imkanı verən qaz kəmərinin tikintisini «ali prioritetə» çevirməyi təklif edib. Xəbəri Associated Press yayıb.

Azərbaycan prezidenti İlham Əliyev isə dünən Estoniya prezidenti Tomas Hendrik İlveslə danışıqlarda bildirib ki,nəhəng neft və qaz yataqlarına, o cümlədən neft və qazın nəqli üçün artıq müasir infrastruktura malik olan Azərbaycan enerji təchizatının şaxələndirilməsində gələcəkdə daha önəmli rol oynayacaq. "Azərbaycan artıq öz işləri ilə burada milyardlarla dollar həcmində sərmayə qoymuş xarici şirkətlərin etibarlı tərəfdaşı olduğunu nümayiş etdirib. Biz Azərbaycanda əlverişli sərmayə mühitini yaratmışıq. Eyni zamanda, biz etibarlı təchizatçıyıq. Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda heç vaxt elə bir hal olmayıb ki, təchizatımız dayansın və ya istehlakçılar müəyyən problemlərlə üzləşsinlər".

Onun sözlərinə görə, Azərbaycan tərəfindən başlanılan Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri kimi layihələr enerji mənbələrinin şaxələndirilməsi sahəsində regionda tamamilə yeni vəziyyət yaradıb. Şaxələndirmə hamı üçün, yəni həm istehsalçılar, həm də istehlakçılar üçün olmalıdır.  "Əlbəttə ki, tranzit ölkələr mühüm rol oynamalı və coğrafi yerləşmədən yararlanmalıdır. Hər gün xəbərlərdə izlədiyimiz son hadisələri nəzərə alsaq görürük ki, hazırda bütün bu kimi məsələlərin əhəmiyyəti daha da artır".

Şərhlər:

Bu məqaləyə ilk şərh yazan siz olun.
Öz şərhinizi bizə göndərin

Bu məqalə barədə şərhinizi bizə göndərin ki, biz onu nəşr edək. Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu ərizədən istifadə etməklə aşağıdakı bəndlə razılaşırsınız: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl nəzərdən keçiriləcək Xəbərdarlıq: Bütün göndərilənlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizi Amerikanın Səsinin bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Avropa Birliyi Nabucco kəmərinin  tikintisini ali prioritet hesab edir
Obama insan haqları məsələsinə ciddi yanaşmalıdır
İlham Şaban: Nabucco layihəsində infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması başlanmalıdır  Audio Clip Available
BMT-nin baş katibi Qəzza ilə bağlı sülh planını müzakirə edir
Obama administrasiyası Əl Qaidə problemini prioritet hesab edir
Avropa Komissiyası Moskva ilə Kiyevi hədələdi
Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təqdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək
Deyvid Petraus Qazaxıstandadır
Qəzzada qanlı döyüşlər davam edir
Avropa iqtisadi problemlərə daha kəsərli cavab verməlidir
Mosul İraqda zorakılıqların ən çox baş verdiyi şəhərdir
Freedom House hesabatına aydınlıq gətirdi
Freedom House: `Azad ölkələrin sayı azalır…`
Konqresdə Senator Hillari Klintonun Dövlət katibi vəzifəsinə təsdiqilə bağlı dinləmələr gedir
'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar  Audio Clip Available
Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir  Audio Clip Available
Amerikanın yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq
İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır
Rusiya ilə Ukrayna arasında qaz böhranı davam edir
ABŞ rəsmisi iqtisadi stimul paketinin həcmindən ehtiyatlanır
Obama administrasiyası Əfqanıstana əlavə qüvvə göndərəcək
ABŞ-ın növbəti vitse-prezidenti Bağdadda İraq liderlərilə görüşüb
İsrail qüvvələri və tankları Qəzzanın içərilərinə doğru irəliləyir
Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət
Rəsmi Bakı Moskvadan izahat istəyir
Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır
İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir  Audio Clip Available