VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

06 May 2009 

Günün xəbərləri:

45 dildə xəbərlər
Elmar Məmmədyarov ABŞ administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmaq istədiyini deyib

05/05/2009

US Secretary of State Hillary Clinton in the Dominican republic, 17 Apr 2009Dövlət katibi Hillari Klinton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu salamlayaraq, ABŞ-ın mühüm tərəfdaşı olan Azərbaycanla münasibətləri daha da dərin, daha da geniş inkişaf etdirmək əzmində olduğunu qeyd etdi.
“Azərbaycan çox mühüm strateji mövqe tutur ki, bu, təkcə ölkəni özü üçün deyil, onu regional və qlobal əhəmiyyətə malik bir ölkə edir. “

Xarici İşlər naziri Elmar Məmmədyarov dedi ki, bu görüşün Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafına xidmət edəcəyinə inanır.

Görüşdən sonra Erlmar Məmmədyarov bildirdi ki, Dövlət katibi Hillari Klinton ona ABŞ administrasiyasının münaqişəni tezliklə həll etmək istədiyini bəyan edib.

"Amerikanın Dövlət katibi birmənalı şəkildə bildirdi ki, bu administrasiya məsələ üzərində daha ciddi işləyəcək. Onlar razıdırlar ki, nə qədər tez olsa, münaqişənin həllində bir irəliləyişin olması bir o qədər yaxşıdır. Bilirsiniz ki, ayın 7-i Praqa görüşü olacaq, ondan sonra ola bilsin ki prezidentlər səviyyəsində daha bir neçə görüş də olsun.Həmsədrlər də bu görüşə gəlməlidir.Amma Dövlət katibi birmənalı şəkildə dedi ki, ABŞ hökuməti, Obama administrasiyası çox maraqlıdır ki, bu münaqişədə bir irəliləyiş olsun.”

Elmar_MammadyarovXarici İşlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə yanaşı, Dövlət katibi Klintonla bir sıra geniş məsələləri müzakirə etdiyini bildirdi.

“Bundan başqa enerji məsələləri, qazla bağlı məsələlərə toxunduq. Ümumiyyətlə regional məsələləri müzakirə etmişik, Azərbaycanda inkişaf məsələsinə toxunmuşuq. Dövlət katibi Gürcüstanda bugünkü hadisə ilə bağlı narahat olduğunu bildirdi.Əlbəttə ki, bu, regionda sabitliyə böyük mane ola bilər. İkitərəfli əlaqələri müzakirə etdik, danışdıq.”

Müxbirlərin suallarını cavablandıran Elmar Məmmədyarov dedi ki, müzakirələr zamanı irəliləyişə necə nail olmaq yolları müzakirə edildi.

“Bu hansı şəkildə olacaq.Birincisi, mayın 7-si prezidentlər səviyyəsində görüşün nəticələrini öyrənək, bunu yerindən tərpədək.Mən yenə də deyirəm, mənim üçün ən mühüm məsələ ondan ibarətdir ki, ABŞ hökuməti, ABŞ Dövlət katibi səviyyəsində, şəxsən özü istəyir ki, bu münaqişə həll olsun.Bu, o deməkdir ki, ABŞ hökuməti çox maraqlıdı ki, bu prosesi yerindən tərpətsin."


 



Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
Download Elmar Məmmədyarovun Hillari Klintonla görüşü - video reportaj
Yükləmək  (WM)
Watch This Report Elmar Məmmədyarovun Hillari Klintonla görüşü - video reportaj
Bax  (WM)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb
Vəfa Quluzadə: ‘Türkiyə-Ermənistan yaxınlaşması artıq iflasa uğradı’
Hikmət Çətin: Qafqazda sülh və sabitlik üçün NATO-nun daha aktiv rol oynayacağını düşünürəm  Audio Clip Available
Araz Əzimov: Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair prinsiplər hələ razılaşdırılmayıb
Azərbaycan - NATO əlaqələrinin 15 ili  Audio Clip Available
Azərbaycan təhlükəsizlik orqanları İrandan gətirilən 56 kiloqram narkotik maddə aşkar edib 
Azərbaycan Dövlət Başcısı ABŞ nümayəndə heyyətini qəbul edib 
Türkiyədə 8 nəfər şübhəli nəzarət altına alınıb
Gürcüstanda qiyam yatırıldı
Sergey Lavrov NATO görüşündən imtina etdi
ABŞ Müdafiə naziri Səudiyyə Ərəbistanındadır
Roksana Saberinin məsələsinə apellyasiya məhkəməsində baxılacaq
İsrail prezidenti Şimon Peres bu gün Barak Obama ilə görüşür
Çindən 70 Meksika vətəndaşı vətəninə qaytarılır
Faruk Loğoğlu: ‘Türkiyə heç vaxt Azərbaycanı Ermənistan üçün fəda etməz’
Donuz qripi A-H1N1 epidemiyası daha geniş şəkildə yayıla bilər
Robert Vud: 'Dağlıq Qarabağa dair vaxt cədvəlindən danışmaq istəmirəm'
Mahmud Əhmədinejad Latın Amerikasına səfərini təxirə salıb
Mətbuat Azadlığı gününə Azərbaycandan baxış  Audio Clip Available
Neft Akademiyasında silahlı basqında günahlandırılan iki nəfər həbs edilib
Gürcüstan müxalifəti sabah Tbilisidə əsas yolları bağlamağa hazırlaşır
Cənubi Koreya hərbçiləri Şimali Koreya gəmisini piratlardan xilas etdilər
İran insan haqları qruplarını Saberinin işinə müdaxilə etməməyə çağırır
Əfqanıstanda 12 mülki vətəndaş həlak olub
ABŞ qüvvələri iyunun 30-dan sonra İraq şəhərlərində qalmayacaq
İran kürd yaraqlılara hücum edib
Kolumbiyada donuz qripi qeydə alınıb
Barak Obama administrasiyasının H1N1 virusuna qarşı ciddi tədbirlər gördüyünü deyib