ABŞ Müdafiə naziri Robert Geyts Yaxın Şərqə səfəri çərçivəsində
Səudiyyə Ərəbistanındadır.Bundan öncə
Pentaqon rəhbəri Qahirədə Misir prezidenti Hüsnü Mübarəklə görüş keçirib.Danışıqlar zamanı Robert Geyts cənab Mübarəkə
deyib ki, ABŞ İranla münasibətlərində açıq və şəffaf olacaq və öz
müttəfiqlərini prosesin gedişi ilə məlumatlandıracaq. O həmçinin deyib ki,
Tehran və Vaşinqton arasında böyük sövdənin əldə ediləcəyi fikri real deyil və
regionda bununla bağlı narahatlıqlara əsas yoxdur.Müdafiə nazirinin səfərinin əsas məqsədi
regionda müttəfiqləri Vaşinqtonun İranla münasibətləri yaxşılaşdırmaq
istiqamətində addımların ərəb dövlətləri ilə uzun müddətdur qurulmuş əlaqələrə
təsir göstərməyəcəyinə əmin etməkdən ibarətdir.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.