VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

12 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər

Radio Programs

“Amerikanın səsi”nin radio proqramları həftənin 7 günü azərbaycanlı dinləyicilərin görüşünə gəlir. Birləşmiş Ştatlardan və dünyadan son xəbərlər, Azərbaycanın siyasi, iqtisadi və mədəniyyət yenilikləri, İran Azərbaycanı barədə son məlumatlar – Bütün bunları Amerikanın səsinin radio verilişində dinləyin.

Vaşinqtondan Amerikanın Səsinin Azərbaycan Xidmətinin tam formatlı verilişlərinə hər gecə Bakı vaxtilə saat 22:30-dan 23-ə, Təbriz vaxtı ilə saat 22-dən 22:30-dək 9885, 9625 və 7435 kilohertz  tezliklərdə qulaq asa bilərsiniz. Xidmətimizin proqramlarını həmçinin internetdə  www.voanews.com/azerbaijani ünvanında 24 saat ərzində izləyə bilərsiniz.

DƏYİRMİ MASA

Hər həftənin cümə axşamı Amerikanın səsinin yarım saatlıq dəyirmi masa söhbətində Azərbaycanın problemləri, dünyada baş verən hadisələr, regiondakı yeniliklər barədə ekspertlərin şərhini dinləyin. Amerikanın səsi dinləyicilərinə mübahisəli mövzular barədə müxtəlif mövqeləri əks etdirən müzakirədə iştirak etmək imkanı verir. Hər cümə axşamı dəyirmi masa söhbətində Amerikanın səsinin qonaqlarına suallarınızı vermək üçün bizə zəng edə bilərsiniz.

Dəyirmi masa söhbətinin vaxtı:
Cümə axşamı
Vaşinqton vaxtı ilə: 13:30
Bakı vaxtı ilə: 22:30
Təbriz vaxtı ilə: 22:00

Studiyamızın telefonu: 1 202 619 3861

İran Azərbaycanına Pəncərə

İran Azərbaycanına Pəncərə proqramı İranda yaşayan azərbaycanlıların problemləri, mədəni və iqtisadi həyatı, İranda insan hüquqları ilə bağlı vəziyyət haqqında dolğun informasiyanı Amerikanın səsinin dinləyicilərinə çatdırır. “İran Azərbaycanına pəncərə” həftəlik xəbərlər icmalı, müsahibələr, şərhlər, reportajlarla hər şənbə qonağınızdır.


Qadın dünyası

Amerikanın səsinin qadın dünyası proqramında dünyanın və regionun qadın liderləri, qadınların problemləri, gender bərabərliyi haqda reportajları hər çərşənbə günü dinləyə bilərsiniz.


Təhsil

Amerika Birləşmiş Ştatlarının təhsil sistemi, ABŞ-da təhsil imkanları, Azərbaycanın təhsil problemləri və digər mövzularda reportajları hər cümə günü Amerikanın səsi radiosunun Təhsil proqramında dinləyin.


Elm, Səhiyyə

Bazar ertəsi tibb, çərşənbə axşamı elm yenilikləri ilə dinləyicilərinin qonağı olan Amerikanın səsi radiosu sizə səhiyyə tədqiqatları ilə bağlı ən son xəbərlər, bəşəriyyətə xidmət edən elmi araşdırmalar və ixtiralar haqqında məlumatlar çatdırır.