Rusiyanın Ermənistana 800 milyon
dollar dəyərində silah verməsi ilə bağlı məlumatlarla əlaqədar bü ölkənin
Azərbaycandakı səfiri Vasili İstratov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycan XİN
Nazirlik bildirir ki, səfirdən məsələyə
aydınlıq gətirməsi istənilib.
Azərbaycan
tərəfi bu məlumatın həqiqətə uyğun olub–olmadlğı barəsində Rusiyaya
rəsmi sorğu təqdim edib.
Öz
növbəsində səfir sorğu ilə əlaqədar ölkəsinin
məsələyə aydınlıq gətirəcəyini bildirib.
Daha
əvvəl Rusiya Müdafiə Nazirliyi bu ölkənin Ermənistanın Gümri şəhərində yerləşən
hərbi qüvvələrinə məxsus 102 saylı hərbi bazasından 800 milyon dollar həcmində
hərbi silah və sursatın Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verildiyini
təsdiqləyib.
Bu məsələyə etiraz edən Azərbaycanın müstəqil siyasətçiləri
və ekspertlər hesab edirlər ki, beynəlxalq təşkilatlar faktla bağlı həm
Rusiyaya, həm də Ermənistana ciddi təpki göstərməlidir.