VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

12 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir

12/01/2009

Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər bu il martın 18-də Azərbaycan konstitusiyasına ediləcək dəyişikliklərlə bağlı keçiriləcək referendum barədə “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə müxalifət qüvvələrinin, ziyalıların, qeyri - hökumət tə

təşkilatlarının birləşdiyi “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatı, qərb institutlarının reaksiyalarına münasibət bildirilir. Müsahibəni təqdim edirik:

Sual: “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatının əsas məqsədi nədir?

Cavab: Bu hərəkata siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media strukturlarının, ayrı-ayrı ziyalıların daxil olacağı nəzərdə tutulur. Hərəkatın konkret hədəfi nəzərdə tutulan referendumla bağlıdır. Bu, referendumda demokratik ictimaiyyətin mövqeyinin ümumiləşdirilməsi, formalaşması, bu mövqeyin təqdim edilməsi və diqtə etdiyi addımların reallaşdırılmasıdır.

Sual: Fikrinizcə bu hərəkat iqtidarın təşviqatına qarşı təşviqat qoya biləcəkmi? Ümumilikdə vətəndaşları referenduma qarşı hazırlaya biləcəkmi?

Cavab: Bizim bu antidemokratik dəyişikliklərə etiraz etməyimizin özü artıq faktdır və hakimiyyəti ciddi təşvişə salıb. Hakimiyyət çox ciddi qorxu və narahatçılıq içindədir. Biz isə istənilən halda mövqeyimizi xalqa çatdıracağıq və bu mövqeyin geniş şəkildə təbliğinə çalışacağıq. Hesab edirəm ki, hakimiyyətin bütün maneələrinə, demokratik ictimaiyyətin resurslarının məhdudluğuna baxmayaraq mövqeyimizi müdafiə edə biləcəyik, çünki xalqın əksəriyyətinin mövqeyi ilə üst-üstə düşür. Onsuz da vəziyyətdən narazı olan cəmiyyət Əliyev rejiminin öz ömrünü az qala daimi etmək cəhdlərindən çox narazıdır və bunu həddən artıq yersiz təşəbbüs hesab edir. Bu baxımdan mövqeyimiz cəmiyyətin mövqeyi ilə üst-üstə düşür və məhz buna görə, mövqeyimizi təbliğ etməyimiz o qədər də çətin olmayacaq.      

Sual: Kütləvi tədbirlər planlaşdırılırmı?

Cavab: Kütləvi tədbirlər təbii ki, nəzərdə tutulur. Çünki seçki və referendumlarda kütləvi tədbirlər ayrılmaz bir atributdur. Sadəcə indiki anda təşəbbüs qrupunun formalaşdırılması, təşviqat qrupunun yaradılması, Mərkəzi Seçki Komissiyasından imza toplamaq üçün vərəqlərin alınması aktual olduğundan kütləvi tədbirlərin keçirilməsi və təşkili ilə bağlı yaxın zamanda qərarlar qəbul ediləcək.

Sual: Qərb institutlarının, qərb dövlətlərinin referendumla bağlı qoyulan suallara reaksiyasına münasibətiniz necədir?

Cavab: Mənə elə gəlir ki, bu sualları onların özlərinə tez-tez versəniz daha yaxşı olar, nəinki bizim tez-tez qiymət verməyimiz. Biz qərbin, azad dünyanın istər geopolitik, istər iqtisadi, istərsə də təhlükəsizliklə bağlı problemlərini, narahatlıqlarını, bəzən real siyasət çərçivəsində hərəkət etmək zərurətini başa düşürük. Hesab edirik ki, artıq bu avtoritar rejimlərin, Rusiya avtoritar rejimi, - Putin-Medvedyev avtoritar rejimi başda olmaqla, - avtoritar rejimlərin azğınlaşması o həddə gəlib ki, təkcə demokratiya ideallarına yox, azad dünyanın və bütövlükdə dünyanın praqmatik maraqlarına da ciddi təhlükədir. Rusiyanın Gürcüstana təcavüzü, son günlərdə Ukraynanı və Avropanı qaz məsələsində şantaj etməsi əslində azad dünyanın avtoritar rejimlərə loyal münasibətinin məntiqi nəticəsidir. Bu baxımdan hesab edirəm ki, azad dünya, beynəlxalq təşkilatlar situasiyanın təhlilinə yenidən, bir daha baxmalıdır. Müəyyən müsbət tendensiyaları da müşahidə edirik. ABŞ-ın, Avropa Birliyinin Cənubi Qafqazla bağlı təşəbbüsləri, Şərq Əməkdaşlıq Proqramının təqdim edilməsi kimi müsbət məqamları da görürük. Bilirik ki, bu çox ciddi və uzun müddətli strateji bir mövqeyin ifadəsidir. Ancaq konkret situasiyada azad dünyanın avtoritar rejimlərə münasibəti bu qədər loyal olmamalıdır.      

Öz növbəsində, iqtidarda olan “Yeni Azərbaycan” partiyası deyilənləri qəbul etmir. YAP icra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatı yaratmağın mənası yoxdur. Müxalifət belə pafoslu ada müraciət etməklə cəmiyyətə varlığını sübut etmək istəyir. Əslində isə, belə deyil və müxalifətin birləşə biləcəyi gülüş doğurur. “Bu hərəkatın yaradılmasına və bu cür adlandırılmasına lüzum yox idi. Qarabağ uğrunda mübarizə ümumxalq işidir və bu mübarizənin aparıcı qüvvəsi hakimiyyətdir, YAP-dır. Müxalifətin Qarabağla bağlı mübarizə aparmağa potensialı da yoxdur. Respublika uğrunda guya, nə isə mübarizə aparırlarsa, bu cür çıxış etməyin özü gülüşdür. Çünki Azərbaycanın dövlət idarəetmə quruluşu respublika quruluşudur” - deyə o qeyd edib.



Listen to This Report Tapdıq Fərhadoğlunun “Müsavat” partiyasının başqanı İsa Qəmbərlə müsahibəsi
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun “Müsavat” partiyasının başqanı İsa Qəmbərlə müsahibəsi
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər

  Başqa xəbərlər
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Avropa Birliyi Nabucco kəmərinin  tikintisini ali prioritet hesab edir
Obama insan haqları məsələsinə ciddi yanaşmalıdır
İlham Şaban: Nabucco layihəsində infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması başlanmalıdır  Audio Clip Available
BMT-nin baş katibi Qəzza ilə bağlı sülh planını müzakirə edir
Obama administrasiyası Əl Qaidə problemini prioritet hesab edir
Avropa Komissiyası Moskva ilə Kiyevi hədələdi
Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təqdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək
Deyvid Petraus Qazaxıstandadır
Qəzzada qanlı döyüşlər davam edir
Avropa iqtisadi problemlərə daha kəsərli cavab verməlidir
Mosul İraqda zorakılıqların ən çox baş verdiyi şəhərdir
Freedom House hesabatına aydınlıq gətirdi
Freedom House: `Azad ölkələrin sayı azalır…`
Konqresdə Senator Hillari Klintonun Dövlət katibi vəzifəsinə təsdiqilə bağlı dinləmələr gedir
'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar  Audio Clip Available
Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir  Audio Clip Available
Amerikanın yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq
İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır
Rusiya ilə Ukrayna arasında qaz böhranı davam edir
ABŞ rəsmisi iqtisadi stimul paketinin həcmindən ehtiyatlanır
Obama administrasiyası Əfqanıstana əlavə qüvvə göndərəcək
ABŞ-ın növbəti vitse-prezidenti Bağdadda İraq liderlərilə görüşüb
İsrail qüvvələri və tankları Qəzzanın içərilərinə doğru irəliləyir
Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət
Rəsmi Bakı Moskvadan izahat istəyir
Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır
İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir  Audio Clip Available