VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

12 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət


12/01/2009

 

Azərbaycanın rabitə rəsmiləri xarici radioların ölkə ərazisində qısa dalğada yayımlanması üçün müqavilə imzalamağa çağırırlar. Bir qədər əvvəl Azərbaycanda verilişlərini FM tezliyində yaymaqdan məhrum edilmiş Amerikanın səsi, Azadlıq və BBC radioları hazırda öz proqramlarını qısa dalğalarda davam etdirirlər. 

Teleradio

Azərbaycan əhalisini ölkədə və dünyada baş verən proseslər barədə onların öz dilində məlumatlandıran bu hələ Sovet vaxtlarında da  hökumətin razılığı olmadan qısa dalğalarda yayımlanıblar.  İndi isə Azərbaycanın rabitə rəsmiləri bildirirlər ki, qısa dalğada da yayım üçün xüsusi icazə alınması zəruridir.

Rabitə Nazirliyinin Teleradio İstehsalat Birliyi bəyan edir ki, bu işlə əlaqərdar müqavilənini imzalanması üçün xarici radiolar Teleradio Şurası və Dövlət Teleradio Tezlikləri İdarəsindən lisenziya almalıdırlar.

Birliyin sədri Əflatun Şərifov “Amerikanın səsi”nə bunları deyib:  “Mütləq icazə almaq lazımdır. Bu, bütün dünya təcrübəsində nəzərdə tutulan bir şeydir ki, hər hansı bir dalğada yayımlanmaq üçün mütləq müəyyən strukturlardan icazə alınması vacibdir. Bu, hər yerdə belədir. Əgər kimsə Amerikada tezlik alıbsa, o demək deyil ki, digər dövlətin  təmsilçisi Azərbaycanda həmin tezlikdə yayım təşkil edə bilər. Elə şey yoxdur…” 

Əflatun Şərifov
Əflatun Şərifov
Rabitə Nazirliyinin rəsmisi deyir ki, orta və yaxud qısa olmasından asılı olmayaraq, ölkə ərazisində yayımlanan bütün tezliklər Azərbaycanın milli sərvətidir və ondan istifadə üçün qarşılıqlı razılaşma olmalıdır.

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli isə bildirir ki, istənilən halda, dünyanın heç yerində qısa dalğada proqram yaymaq üçün, xüsusi bir müqavilənin imzalanmasına ehtiyac yoxdur:

“Ümumiyyətlə, tezlik resursu milli resurs deyil. Bütünlükdə, tezlik fəzada olan geniş bir aspektdir və bu, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən tənzimlənir. Dünyada 3 zona müəyyən olunub, Azərbaycan birinci zonada yerləşir və bu zona üzrə çox az tezlik ölkə üçün verilir, qalanından  ümumi istifadə olunur. Əgər qısa
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
dalğalarda bir yayımçı varsa və özünə lisenziya alıbsa, üstəlik də  Azərbaycandan yox, ayrı yerdən yayılırsa, artıq onun Azərbaycanla heç bir  hüquqi  bağlılığı yoxdur  və onlar üçün lisenziya tələb oluna bilməz”.

Öz növbəsində, Rabitə Nazirliyinin rəsmisi deyilənlərlə razılaşmır: “Yox, elə deyil.  Adətən bir-birindən müəyyən məsafədə yerləşən dövlətlər uzağa yayılan dalğaları alanda mütləq bu tezlikləri koordinasiya edirlər ki, digər dövlətə həmən tezlikdə işləməyə mane olmasınlar. Ona görə də hər dövlətin özünün tezlik resursu var. Bütün növ dalğalarda. Və bu resurslar qonşu dövlətlərdə yayımlananda, yaxud da arada hansısa dövlət olduqda mütləq onlarla da razılaşdırılmalıdır”.

Bütün hallarda, müstəqil və beynəlxalq ekspertlər isə Azərbaycan rəsmilərinin xarici radioların FM yayımının dayandırılması da daxil olmaqla, onlara qarşı irəli sürdüyü bütün digər qadağaların texniki deyil,  siyasi xarakter daşıdığını  bildirirlər.



E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər

  Başqa xəbərlər
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Avropa Birliyi Nabucco kəmərinin  tikintisini ali prioritet hesab edir
Obama insan haqları məsələsinə ciddi yanaşmalıdır
İlham Şaban: Nabucco layihəsində infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması başlanmalıdır  Audio Clip Available
BMT-nin baş katibi Qəzza ilə bağlı sülh planını müzakirə edir
Obama administrasiyası Əl Qaidə problemini prioritet hesab edir
Avropa Komissiyası Moskva ilə Kiyevi hədələdi
Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təqdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək
Deyvid Petraus Qazaxıstandadır
Qəzzada qanlı döyüşlər davam edir
Avropa iqtisadi problemlərə daha kəsərli cavab verməlidir
Mosul İraqda zorakılıqların ən çox baş verdiyi şəhərdir
Freedom House hesabatına aydınlıq gətirdi
Freedom House: `Azad ölkələrin sayı azalır…`
Konqresdə Senator Hillari Klintonun Dövlət katibi vəzifəsinə təsdiqilə bağlı dinləmələr gedir
'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar  Audio Clip Available
Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir  Audio Clip Available
Amerikanın yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq
İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır
Rusiya ilə Ukrayna arasında qaz böhranı davam edir
ABŞ rəsmisi iqtisadi stimul paketinin həcmindən ehtiyatlanır
Obama administrasiyası Əfqanıstana əlavə qüvvə göndərəcək
ABŞ-ın növbəti vitse-prezidenti Bağdadda İraq liderlərilə görüşüb
İsrail qüvvələri və tankları Qəzzanın içərilərinə doğru irəliləyir
Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət
Rəsmi Bakı Moskvadan izahat istəyir
Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır
İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir  Audio Clip Available