VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

13 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir

13/01/2009

Korrupsiyaya Qarşı Mübarizə Fondu 2008-ci ilin yekunları ilə bağlı dəyirmi masa keçirib. Fondun Prezidenti Namiq Axundov bildirib ki, qurumun 2008-ci ildə həyata keçirdiyi layihələrin əksəriyyəti bölgələrlə bağlı olub. Onun sözlərinə görə, fondun Bakı, Gəncə, Sumqayıt, Xaçmaz, Salyan və digər 11 rayonda apardığı araşdırmalar əhalinin daha çox narazılıq etdiyi dövlət qurumlarını müəyyənləşdirməyə imkan verib.

Fondun icraçı direktoru Vasif Mövsümov ötən illərə nisbətən 2008-ci ildə korrupsiyanın səviyyəsinin artdığını bildirib. Onun fikrincə, əhali arasında aparılan sorğular və monitorinqlər bunu təsdiq edir.

"Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov hesab edir ki, hökumətin korrupsiyaya qarşı mübarizəsi imitasiya xarakteri daşıyır. Çünki korrupsiyaya qarşı mübarizə üzrə nəzarət strukturları fəaliyyətə başladıqdan sonra korrupsiyanın səviyyəsi daha da artıb.  

"Tacirlər və İstehsalçılar" Birliyinin sədri Sevgim Rəhmanovun fikrincə, korrupsiyanın səviyyəsinin aşağı salınması azad məhkəmə sisteminin qurulmasından keçir.

"Yeni Azərbaycan" partiyasının üzvü, keçmiş deputat Şahlar Əsgərov korrupsiyaya qarşı mübarizəni təşkil etmək üçün ilk öncə onu doğuran səbəblərin öyrənilməsini vacib sayır. Korrupsiyaya qarşı mübarizə üçün ilk öncə şəffaflıq artırılmalı və inzibatçılıq azaldılmalıdır.   

Cənab Əsgərov korrupsiyanı böyük bəla hesab edir və onun kökünün kəsilməsi istiqamətində addımlar atılmasını istəyir.  

"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, rüşvət və korrupsiya halları əsir və girovlara münasibətdə də qeydə alınır. Belə ki,  əsir və girovların, o cümlədən məcburi köçkünlərin sənədlərinin qaydada olmaması məmurlara onlardan rüşvət tələb etmələri üçün münbit şərait yaradır.



Listen to This Report Tapdıq Fərhadoğlunun “Korrupsiya mübarizləri” reportajı
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun “Korrupsiya mübarizləri” reportajı
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər

  Başqa xəbərlər
Avropa Birliyi Nabucco kəmərinin  tikintisini ali prioritet hesab edir
Obama insan haqları məsələsinə ciddi yanaşmalıdır
İlham Şaban: Nabucco layihəsində infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması başlanmalıdır  Audio Clip Available
BMT-nin baş katibi Qəzza ilə bağlı sülh planını müzakirə edir
Obama administrasiyası Əl Qaida problemini prioritet hesab edir
Avropa Komissiyası Moskva ilə Kiyevi hədələdi
Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təsdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək
Deyvid Petraus Qazaxıstandadır
Qəzzada qanlı döyüşlər davam edir
Avropa iqtisadi problemlərə daha kəsərli cavab verməlidir
Mosul İraqda zorakılıqların ən çox baş verdiyi şəhərdir
Freedom House hesabatına aydınlıq gətirdi
Freedom House: `Azad ölkələrin sayı azalır…`
Konqresdə Senator Hillari Klintonun Dövlət katibi vəzifəsinə təsdiqilə bağlı dinləmələr gedir
'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar  Audio Clip Available
Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir  Audio Clip Available
Amerikanın yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq
İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır
Rusiya ilə Ukrayna arasında qaz böhranı davam edir
ABŞ rəsmisi iqtisadi stimul paketinin həcmindən ehtiyatlanır
Obama administrasiyası Əfqanıstana əlavə qüvvə göndərəcək
ABŞ-ın növbəti vitse-prezidenti Bağdadda İraq liderlərilə görüşüb
İsrail qüvvələri və tankları Qəzzanın içərilərinə doğru irəliləyir
Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət
Rəsmi Bakı Moskvadan izahat istəyir
Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır
İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir  Audio Clip Available