Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət
By Ələkbər Raufoğlu Vaşinqton 12/01/2009
Azərbaycanın rabitə rəsmiləri xarici radioların ölkə ərazisində qısa
dalğada yayımlanması üçün müqavilə imzalamağa çağırırlar. Bir qədər əvvəl
Azərbaycanda verilişlərini FM tezliyində yaymaqdan məhrum edilmiş Amerikanın
səsi, Azadlıq və BBC radioları hazırda öz proqramlarını qısa dalğalarda davam
etdirirlər.
Azərbaycan əhalisini ölkədə və dünyada baş verən
proseslər barədə onların öz dilində məlumatlandıran bu hələ Sovet vaxtlarında da hökumətin razılığı olmadan qısa dalğalarda
yayımlanıblar.İndi isə Azərbaycanın
rabitə rəsmiləri bildirirlər ki, qısa dalğada da yayım üçün xüsusi icazə
alınması zəruridir.
Rabitə Nazirliyinin Teleradio
İstehsalat Birliyi bəyan edir ki, bu işlə əlaqərdar müqavilənini imzalanması
üçün xarici radiolar Teleradio Şurası və Dövlət Teleradio Tezlikləri
İdarəsindən lisenziya almalıdırlar.
Birliyin sədri Əflatun Şərifov “Amerikanın
səsi”nə bunları deyib: “Mütləq icazə
almaq lazımdır. Bu, bütün dünya təcrübəsində nəzərdə tutulan bir şeydir ki, hər
hansı bir dalğada yayımlanmaq üçün mütləq müəyyən strukturlardan icazə alınması
vacibdir. Bu, hər yerdə belədir. Əgər kimsə Amerikada tezlik alıbsa, o demək
deyil ki, digər dövlətintəmsilçisi
Azərbaycanda həmin tezlikdə yayım təşkil edə bilər. Elə şey yoxdur…”
Əflatun Şərifov
Rabitə Nazirliyinin rəsmisi deyir
ki, orta və yaxud qısa olmasından asılı olmayaraq, ölkə ərazisində yayımlanan
bütün tezliklər Azərbaycanın milli sərvətidir və ondan istifadə üçün qarşılıqlı
razılaşma olmalıdır.
Media məsələləri üzrə hüquqşünas Ələsgər
Məmmədli isə bildirir ki, istənilən halda, dünyanın heç yerində qısa dalğada
proqram yaymaq üçün, xüsusi bir müqavilənin imzalanmasına ehtiyac yoxdur:
“Ümumiyyətlə, tezlik resursu milli
resurs deyil. Bütünlükdə, tezlik fəzada olan geniş bir aspektdir və bu,
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən tənzimlənir. Dünyada 3 zona
müəyyən olunub, Azərbaycan birinci zonada yerləşir və bu zona üzrə çox az
tezlik ölkə üçün verilir, qalanından ümumi istifadə olunur. Əgər qısa
Ələsgər Məmmədli
dalğalarda
bir yayımçı varsa və özünə lisenziya alıbsa, üstəlik də Azərbaycandan yox, ayrı yerdən yayılırsa,
artıq onun Azərbaycanla heç birhüquqibağlılığı yoxdur və onlar üçün lisenziya tələb oluna bilməz”.
Öz növbəsində, Rabitə Nazirliyinin rəsmisi
deyilənlərlə razılaşmır: “Yox, elə deyil.Adətən bir-birindən müəyyən məsafədə yerləşən
dövlətlər uzağa yayılan dalğaları alanda mütləq bu tezlikləri koordinasiya
edirlər ki, digər dövlətə həmən tezlikdə işləməyə mane olmasınlar. Ona görə də
hər dövlətin özünün tezlik resursu var. Bütün növ dalğalarda. Və bu resurslar
qonşu dövlətlərdə yayımlananda, yaxud da arada hansısa dövlət olduqda mütləq
onlarla da razılaşdırılmalıdır”.
Bütün hallarda, müstəqil və beynəlxalq ekspertlər isə Azərbaycan
rəsmilərinin xarici radioların FM yayımının dayandırılması da daxil olmaqla,
onlara qarşı irəli sürdüyü bütün digər
qadağaların texniki deyil,siyasi
xarakter daşıdığını bildirirlər.