Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

“İran öz konstitusiyasına hörmət etməlidir”

13/10/2008

[insert caption here]

İrandakı insan haqlarının müdafiə qruplarının məlumatına görə, iyul ayından bəri ölkədə ən azı 8 fəal həbs edilib. Azərbaycan Siyasi Məhbusların Müdafiəsi Cəmiyyətinin direktoru Faxtə Zamani deyir ki, həbs olunanlar universitet tələbələri Məqsud Əhdi, Mənsur Əminiyan, Aydın Xacei, Əmir Mərdani, Məcid Makuli, Səccad Radmehr, Fəraz Zehtab və Dariuş Hatəmidir. Onlar iyul və avqust aylarında keçirilmiş bir sıra reydlər zamanı tutulublar.
Həbs olunanlara qarşı hər-hansı rəsmi ittiham irəli sürülməsə də, insan haqları müdafiəçiləri onların vicdan məhbusu olduqlarını və öz fikirlərini ifadə etdiklərinə görə günahlandırıldığını söyləyirlər.
"Onlar öz mədəni və dil hüquqlarının tanınmasını istəyirlər, bura Azərbaycan tükcəsində təhsil almaq da daxildir. Onlar bu hüquqların konstitusiyada təminat atına alındığını bildirirlər", -deyə Faxtə Zamani vurğulayıb.
İran konstitusiyasının 15-ci maddəsinə əsasən, fars dili ölkədə rəsmi dövlət dili olsa da  bu dilə əlavə olaraq regional və  tayfa dillərinin  mətbuat və kütləvi informasiya vasitələrində istifadə olunmasına və bu dillərin məktəblərdə tədrisinə də icazə verilir.
İranda azərbaycanlılar sayca ən böyük etnik qrup olmaqla ölkə əhalisinin 25-30 faizini təşkil edirlər. Uzun müddət İran hökumətinin başqa millətlərə qarşı həyata keçirdiyi ayrıseçkilik siyasətinə baxmayaraq, son illərdə ölkənin Azərbaycan əyalətlərində milli oyanış inkişaf edib. Azərbaycan mədəniyyəti, dili və tarixinin öyrənilməsi istiqamətində tələblər artıb. 
İran hökuməti həbslərə, hədə-qorxulara və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyır.Birləşmiş Ştatlar İranı konstitusiyasında azlıqların hüquqlarını təminat altına alan 19-cu maddəyə diqqət yetirməyə çağırır. Orada deyilir: "İranda yaşayan bütün xalqlar, etnik qrupu, irgi və dilindən asılı olmayaraq bərabər hüquqa malikdir".

 

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Barak Obama Demokrat Partiyasının üzvü kimi sonuncu radio müraciətini  inaqurasiyanın  mahiyyətinə həsr edib

  Başqa xəbərlər
Kabildə kamikadze hücumu  4 əfqan vətəndaşının ölümünə səbəb olub
İsrail atəşkəslə bağlı qərarını bu gün verməlidir
Şimali Koreya nüvə başlıqları düzəltmək qabiliyyətinə malik olduğunu bildirir
Suriya Barak Obama administrasiyası ilə əməkdaşlığa hazırdır
Qırğızıstan ABŞ-ın hərbi bazasını bağlaya bilər
Prezident Buş sonuncu radio müraciətini etdi
Urmiyənin Qızıl Xənəyə sakinlərilə polis arasında qarşıdurma olub
İlham Əliyev: Azərbaycanın ən azı 2 trilyon kubmetr qazı var
Bakı ilə Moskva arasında silah qalmaqalı böyüyür
Bakıda bina partlayıb
Sergey Lavrov: `Rusiya Obama administrasiyası ilə bir sıra məsələlərdə əməkdaşlığa razıdır`
Terri Devidson: ‘FM-də yayımı mühüm hesab edirik’
Həmas İsrailin şərtlərini qəbul edə bilməz
Roma Papası İranla münasibətlərin yaxşılaşması sahəsində iş görəcəyinə söz verib
'Ergenekon iddiası Türkiyə qanunlarının fundamental prinsiplərini pozub'
Avropa Birliyindən Rusiya və Ukraynaya növbəti xəbərdarlıq
Deyvid Petreus Türkmənistandadır
Marsda metan qazı aşkar edilib
Azərbaycan uşaqların durumuna görə dünyada 77-ci yerdədir  Audio Clip Available
Avropa Şurası MTRŞ-nin qərarından narahatdır
Dəyirmi Masa: Azərbaycanda insan hüquqları və mətbuat azadlığı
Barak Obama: `ABŞ-ın xarici siyasətində hər iki partiyanın mövqeyi rəhbər götürüləcək`
Xarici Əlaqələr Komitəsi Hillari Klintonun dövlət katibi vəzifəsinə namizədiyini təsdiq etdi
İsrailin raket hücumları zamanı Qəzzadakı BMT nümayəndəliyi dağılıb
Əli Həsənov: 'Xarici radioların orta dalğalarda yayımı mümkündür'
Yunanıstan ATƏT-in Gürcüstanda missiyasını davam etdirmək üçün yeni təkliflər irəli sürüb
Dünyada hər gün doğuş zamanı 1500 qadın dünyasını dəyişir
Rusiya və Ukrayna rəsmiləri şənbə günü Moskvada görüşəcək
Mumbay hücumlarında əli olmaqda şübhələnilənlərın sayı artır
Venesuela konstitusiyasında dəyişiklik etiraz aksiyaları ilə qarşılanıb
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Human Rights Watch: `Azərbaycan səhvlərini düzəldə bilmədi`