VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

15 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Rusiya və Ukrayna rəsmiləri şənbə günü Moskvada görüşəcək

15/01/2009

Ukraine's Prime Minister Yulia Tymoshenko in Kiev, Ukraine, 14 Jan 2009 <br /> Rusiya və Ukrayna rəsmiləri şənbə günü görüşərək Avropaya qaz nəqli ilə bağlı yaranmış vəziyyətdən çıxış yollarını axtarmağa çalışacaq. Ukrayna baş naziri Yuliya Timoşenko və onun rusiyalı həmkarı Vladimir Putin bu gün telefonla danışıq zamanı Moskvada müzakirələr keçirilməsinə razılıq veriblər.  Daha əvvəl Ukrayna Moskvada görüşməyi rədd edərək bildirmişdi ki, görüş Avropa Birliyi ərazisində baş tutmalıdır.  Birliyin açıqlamasında bildirildiyinə görə, təşkilat danışıqlara enerji komissari Andris Paybalqs və Çex Respublikasının enerji naziri Martin Rimanı göndərəcək. Rusiya prezidenti Dmitri Medvedyev deyir ki, o, görüş zamanı böhrandan çıxış yollarının tapılacağına ümid edir. 


Şərhlər:

İlk şərhi siz yazın
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər