VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

05 May 2009 

Günün xəbərləri:

45 dildə xəbərlər
Vəfa Quluzadə: ‘Türkiyə-Ermənistan yaxınlaşması artıq iflasa uğradı’


05/05/2009

 

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu gün Vaşinqtonda dövlət katibi Hillari Klintonla görüşü Bakıdakı siyasi dairələrdə də müzakirə olunmaqdadır.  

The US State Department provides a one-time grant of $425 per person in a family, which some say isn't enough

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyir ki,  bu, ABŞ-ın yeni administrasiyasının münaqişəyə diqqəti artırdığını deməyə əsas verir:

«Aydındır ki, yeni administrasiya problemləri müzakirə etməklə özünün bu məsələyə yeni töhfələrini müəyyənləşdirməyə çalışır. Və yəqin ki, tərəflərə müvafiq mesajlar verməklə, mövqeləri aydınlaşdırıb onların yaxınlaşdırılması üçün konkret addımların atılmasını təklif edəcək».

Mayın 7-də prezidentlər İlham Əliyev və Serj Sarkisyan Praqada Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər. 

Hazırda Vaşinqtonda olan xarici işlər nazirləri  Məmmədyarovla Nalbandyan da dövlət başçılarını müşayiət etmək üçün buradan birbaşa Çexiya paytaxtına yollanacaqlar.

Danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri  5 il əvvəl Qarabağ təmaslarının startı verildiyi Praqa şəhərində bu dəfə müəyyən irəliləyişlər əldə olunacağını gözləyirlər.

Bu yaxınlarda regiona səfəri zamanı Minsk Qrupunun amerikalı həmsədri  Metyu Brayza Bakı-Yerevan təmaslarında irəliləyişə stimul verən amillər sırasında Türkiyə-Ermənistan yaxınlaşmasını göstərmişdi. 

Bu yaxınlaşma Bakı-Ankara münasibətlərində müəyyən soyuqluq yaratsa da,  Türkiyə rəhbərləri də Ermənistanla təmasların yalnız Qarabağ nizamlanmasında inkişaf əldə olunacağı təqdirdə nəticə verəcəyində israr edirlər.

Bu arada, Araz Əzimov Bakıda Ankara ilə ixtilafın çözülmək üzrə olduğuna işarə edərək, Türkiyə ilə Azərbaycanın müştərək maraqlarından danışıb.

Türkiyə paytaxtından təzəcə dönən nazir müavini deyib ki, ölkələr arasında həll ediləcək suallar Türkiyənin baş nazirinin Bakıya səfəri zamanı öz cavabını tapacaq.

Bir müddət öncə isə Azərbaycan prezidenti türk-erməni sərhədinin açılıb-açılmayacağı barədə onda sadə sualların olduğunu və buna cavab axtardığını bəyan etmişdi. Elə bu mövzuda dünən Ankarada müzakirələr aparılıb.

Araz Əzimov: "Bəzi suallara cavab alındı, digərləri isə dəqiqləşdirilməlidir. Əsas budur ki biz Türkiyə ilə birgə işimizi belə qurmalıyıq ki, hər iki dövlətin maraqları təmin olunsun. Bu maraqlar birdir: regionda təhlükəsizlik təmin olunmalı və Ermənistan ətrafındakı bütün ölkələrin ərazi bütövlüyünü tanımalı, işğal olunmuş torpaqlardan çıxmalıdır”.

Vefa Guluzade
                         Vəfa Quluzadə
Vaxtı ilə Qarabağ danışıqlarında yaxından iştirak etmiş Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə isə hesab edir ki, hazırda Vaşinqtonda və Ankarada aparılan təmaslar münaqişənin nizamlanması istiqamətində yeni heç nə vəd etmir. Çünki əslində bu məsələdə real danışıqlar heç başlanmayıb. 

Ancaq mümkündür ki, Vaşinqton görüşü və onun ardınca Praqada aparılan təmaslar, Dağlıq Qarabağ probleminin həllinə yönəlik prosesin başlanması mərhələsi olsun. 

O ki qaldı, Qarabağ nizamlamasında Türkiyə-Ermənistan yaxınlaşmasının rolu barədə fikirlərə, Vəfa Quluzadə bunu real saymır. O, Amerikanın səsinə müsahibəsində daha sonra bunları deyib:

“Türkiyə Ermənistan yaxınlıaşması baş tutmadı. Bu siyasət artıq iflasa uğradı. Hələlik reginda vəziyyət donmuş qalır. Amma mən ümidvaram ki Amerika kimi dünyanın aparıcı dövləti bu donu sındıracaq. Amma o vaxt tələb edir”.

Amma Vəfa Quluzadə onu da deyir ki, ABŞ-ın yeni administrasiyasının Qarabağ təmaslarına hazırkı diqqəti olduqca müsbət haldır və bu o vaxt nəticə verəcək ki, bunun davamı olsun.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb
Vəfa Quluzadə: ‘Türkiyə-Ermənistan yaxınlaşması artıq iflasa uğradı’
Hikmət Çətin: Qafqazda sülh və sabitlik üçün NATO-nun daha aktiv rol oynayacağını düşünürəm  Audio Clip Available
Araz Əzimov: Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair prinsiplər hələ razılaşdırılmayıb
Azərbaycan - NATO əlaqələrinin 15 ili  Audio Clip Available
Azərbaycan təhlükəsizlik orqanları İrandan gətirilən 56 kiloqram narkotik maddə aşkar edib 
Azərbaycan Dövlət Başcısı ABŞ nümayəndə heyyətini qəbul edib 
Türkiyədə 8 nəfər şübhəli nəzarət altına alınıb
Gürcüstanda qiyam yatırıldı
Sergey Lavrov NATO görüşündən imtina etdi
ABŞ Müdafiə naziri Səudiyyə Ərəbistanındadır
Roksana Saberinin məsələsinə apellyasiya məhkəməsində baxılacaq
İsrail prezidenti Şimon Peres bu gün Barak Obama ilə görüşür
Çindən 70 Meksika vətəndaşı vətəninə qaytarılır
Faruk Loğoğlu: ‘Türkiyə heç vaxt Azərbaycanı Ermənistan üçün fəda etməz’
Donuz qripi A-H1N1 epidemiyası daha geniş şəkildə yayıla bilər
Robert Vud: 'Dağlıq Qarabağa dair vaxt cədvəlindən danışmaq istəmirəm'
Mahmud Əhmədinejad Latın Amerikasına səfərini təxirə salıb
Mətbuat Azadlığı gününə Azərbaycandan baxış  Audio Clip Available
Neft Akademiyasında silahlı basqında günahlandırılan iki nəfər həbs edilib
Gürcüstan müxalifəti sabah Tbilisidə əsas yolları bağlamağa hazırlaşır
Cənubi Koreya hərbçiləri Şimali Koreya gəmisini piratlardan xilas etdilər
İran insan haqları qruplarını Saberinin işinə müdaxilə etməməyə çağırır
Əfqanıstanda 12 mülki vətəndaş həlak olub
ABŞ qüvvələri iyunun 30-dan sonra İraq şəhərlərində qalmayacaq
İran kürd yaraqlılara hücum edib
Kolumbiyada donuz qripi qeydə alınıb
Barak Obama administrasiyasının H1N1 virusuna qarşı ciddi tədbirlər gördüyünü deyib