Mahmud Əhmədinejad Latın Amerikasına səfərini təxirə salıb
04/05/2009
İran mətbuatının yazdığına görə,president
Mahmud Əhmədinejad Latın Amerikasına səfərini təxirə salıb. Planın dəyişməsinə
heç bir rəsmi izahat verilmir. Dövlət televiziyasının məlumatında gələn ay keçiriləcək prezident seçkilərinə namizədlərin
bu həftə qeydiyyatdan keçməli olduğu elan edilib. Mahmud Əhmədinejad namizədliyini rəsmən irəlu
sürməsə də, onun yenidən yarışlara qoşulacağı gözlənilir.
Bundan əvvəl İRNA xəbər agentliyi İranın
dövlət başçısının Braziliya, Venesuela və Ekvadora səfər edəcəyi barədə məlumat
yaymışdı. İranla Vensuela arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi barədə
razılıq əldə edilib. Venesuela prezidenti Uqo Çaves bir ay əvvəl İranda olub.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.