Əfqan rəsmiləri bildirirlər ki, Zabul vilayətində
yol kənarında yerləşdirilmiş bomba partlayışı nəticəsində12 mülki vətəndaş həlak olub. Taliban
yaraqlılarının Zabul vilayətinin digər
bölgəsində təhlükəsizlikqüvvələrinə
hücumları nəticəsində isə 6 əsgər həlak olub. Rəsmilər həmçinin bildirirlər ki,
bu gün səhər intiharçı hücumu nəticəsində Lagham vilayətinin meri, onun 3 cangüdənivə 3 mülki vətəndaşhəlak
olub. Bu arada prezident Həmid Karzay vəzifəsinə yenidən seçilmək üçünrəsmən öz namizədliyini qeydiyyatdan
keçirib.Taliban yaraqlılarının
fəallaşması və hökumətdə korrupsiyanın geniş yayılması cənab Karzayın daxildə və
xaricdə nüfuzuna mənfi təsir göstərib. Buna baxmayaraq ona ciddi rəqib hələlik
yoxdur.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.