İraqın
şimalında Kürdüstan regional hökuməti qonşu İranın sərhədi aşaraq kürd
yaraqlılarına qarşı hücum həyata keçirməsini qınayıb. Bu gün açıqlanan
bəyanatda rəsmilər bildirib ki, İranın bombardmanı sakinləri evlərindən
didərgin düşməyə məcbur etməklə yanaşı, fermerlərə və onların məhsullarına
ziyan vurur. Kürdüstan regional hökuməti İranı dağlıq ərazilərdə hücumlara
dərhal son qoymağa çağırıb. Kürd rəsmilərin sözlərinə görə, İran vertolyotları son
bir neçə ayda ilk dəfə dünən əraziyə hücum edib. İrbil və Süleymaniyyəyə edilən
hücum nəticəsində dəyən ziyan barədə ətraflı məlumat verilməyib.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.