VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

15 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Barak Obama: `ABŞ-ın xarici siyasətində hər iki partiyanın mövqeyi rəhbər götürüləcək`

15/01/2009

 

ABŞ-ın növbəti prezidenti Barak Obama hakimiyyətdə olduğu müddət ərzində Amerikanın xarici siyasətində hər iki partiyanın mövqeyi rəhbər götürüləcək. Obama yenicə Küveyt, Pakistan, Əfqanıstan və İraqdan qayıdan respublikaçı senator Lindsi Graham və vitse-prezident seçilən Co Baydenlə görüş keçirib. ABŞ-ın növbəti prezidenti Əl-Qaidə və onun lideri Üsama Bin Ladeni ABŞ-ın təhlükəsizliyinə bir nömrəli hədə adlandırıb. Co Bayden Əfqanıstana əlavə resurslar ayrılmasına çağıraraq, vəziyyətin hazırkından lap pis ola biləcəyi barədə xəbərdarlıq verib. Xarici siyasətə dair planlarını açıqlamasa da, cənab Obama ölkənin bir prezident tərəfindən idarə edildiyini bildirib. O, gələn həftə inaqurasiyadan sonra planlarına dair açıqlama verəcəyinə vəd verib. Daha sonra Obama ilə Bayden nəzakət əlaməti olaraq, baş hakim Con Robertsin dəvəti ilə ölkənin ali məhkəməsində olub. Növbəti prezidentlə növbəti vitse-prezident baş hakimin təsdiqi zamanı Senatda onun əleyhinə səs vermişdi.

 


Şərhlər:

İlk şərhi siz yazın
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər