VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

05 May 2009 

Günün xəbərləri:

45 dildə xəbərlər
Araz Əzimov: Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair prinsiplər hələ razılaşdırılmayıb

05/05/2009


“Türkiyəyə səfərim işçi qaydada müzakirələr üçün həyata keçirilən səfər idi. Türkiyənin yeni xarici işlər naziri təyin edilib. Bu fürsətdən istifadə edib, həm nazirlə, həm də nazirliyin rəhbərliyi ilə görüşlər keçirdik. Görüşlərdə Azərbaycan-Türkiyə əlaqələri, regional problemlər və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq”. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov mayın 3-4-də Türkiyə səfərinin yekunları ilə bağlı bildirib.
O, Azərbaycanın Türkiyədən Ermənistanla sərhədlərin açılması barədə suallarına cavab alıb-almaması ilə bağlı bildirib ki, bəzi suallara cavab alıb, bəzi suallar isə dəqiqləşdirilməlidir. “Əsas odur ki, Türkiyə ilə işləri elə qurmalıyıq ki, hər iki ölkənin maraqları təmin edilsin. Maraqlar eynidir: regional təhlükəsizlik təmin edilməlidir, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanımalıdır, Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmalıdır”.
Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair prinsiplərin hələ razılaşdırılmadığını bilıdirib. “Həmsədrlərin təklif etdiyi layihə üzərində müzakirələr aparılır. Bəzi məsələlər açıq qalır. Bəzi məsələlərə dair isə razılıq əldə edilməyib. Ümumilikdə, hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb. Bu proseslər üzərində iş davam etdirilməlidir”.
O, Azərbaycan və Ermənistan prezidentlərinin Praqada gözlənilən görüşü ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan prezidentinin Praqa səfəri bir neçə hissədən ibarətdir. “Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına dair Zirvə görüşü, enerji dəhlizi ilə bağlı Zirvə görüşü olacaq. Ermənistan prezidenti birinci Zirvə toplantısına qatıldığı üçün həmsədrlərin təklifi ilə prezidentlərin görüşü nəzərdə tutulub. Görüşdə prezidentlərin istəyinə uyğun olaraq, məsələlər müzakirə olunacaq”.
Nazir müavini “Amerikanın səsi”nin ərazilərin hansı formatda qaytarılacağı barədə sualının cavabında bildirib ki, söhbət ilk olaraq neçə rayonun qaytarılmasından getmir. “Azərbaycanın bütün işğal altında olan əraziləri boşaldılmalı və qaytarılmalıdır. Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağ Azərbaycanın tərkibində olacaq. O regionda yaşayacaq iki icmanın birgə yaşaması üçün konkret model işlənəcək. Bu bütövlükdə prosesin skeletini, bel sütununu təşkil edir”.
O hesab edir ki, yuxarıda sadalanan məqsədlərə nail olmaq üçün müvafiq mərhələləri keçmək tələb olunacaq. “Azərbaycanlılar Dağlıq Qarabağa qayıtmayanadək heç bir statusun müzakirəsi həyata keçirilə bilməz. Regionla bağlı hər hansı normal şəraitin təmin edilməsi barədə müzakirə aparıla bilməz. Bu ardıcıllıq Azərbaycan tərəfindən deyil, prosesin məntiqi ilə təyin edilib. Azərbaycan tərəfi prosesin normal irəli aparılması üçün bütün lazımı tədbirləri həyata keçirməyə hazırdır”.
Cənab Əzimov xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri barədə də danışıb. “Azərbaycan xarici işlər nazirinin Vaşinqtondakı görüşləri Amerikanın yeni administrasiyasının problemlərə artan diqqətindən xəbər verir. Yeni administrasiya problemləri müzakirə etməklə hansı yeni töhfələri verə biləcəyini müəyyənləşdirmək istəyir.
O hesab edir ki, rəsmi Vaşinqton tərəflərin mövqeyini aydınlaşdırıb mesajlar verməklə Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşdırılması üçün, yəqin ki, konkret addımlar atacaq.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb
Vəfa Quluzadə: ‘Türkiyə-Ermənistan yaxınlaşması artıq iflasa uğradı’
Hikmət Çətin: Qafqazda sülh və sabitlik üçün NATO-nun daha aktiv rol oynayacağını düşünürəm  Audio Clip Available
Araz Əzimov: Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair prinsiplər hələ razılaşdırılmayıb
Azərbaycan - NATO əlaqələrinin 15 ili  Audio Clip Available
Azərbaycan təhlükəsizlik orqanları İrandan gətirilən 56 kiloqram narkotik maddə aşkar edib 
Azərbaycan Dövlət Başcısı ABŞ nümayəndə heyyətini qəbul edib 
Türkiyədə 8 nəfər şübhəli nəzarət altına alınıb
Gürcüstanda qiyam yatırıldı
Sergey Lavrov NATO görüşündən imtina etdi
ABŞ Müdafiə naziri Səudiyyə Ərəbistanındadır
Roksana Saberinin məsələsinə apellyasiya məhkəməsində baxılacaq
İsrail prezidenti Şimon Peres bu gün Barak Obama ilə görüşür
Çindən 70 Meksika vətəndaşı vətəninə qaytarılır
Faruk Loğoğlu: ‘Türkiyə heç vaxt Azərbaycanı Ermənistan üçün fəda etməz’
Donuz qripi A-H1N1 epidemiyası daha geniş şəkildə yayıla bilər
Robert Vud: 'Dağlıq Qarabağa dair vaxt cədvəlindən danışmaq istəmirəm'
Mahmud Əhmədinejad Latın Amerikasına səfərini təxirə salıb
Mətbuat Azadlığı gününə Azərbaycandan baxış  Audio Clip Available
Neft Akademiyasında silahlı basqında günahlandırılan iki nəfər həbs edilib
Gürcüstan müxalifəti sabah Tbilisidə əsas yolları bağlamağa hazırlaşır
Cənubi Koreya hərbçiləri Şimali Koreya gəmisini piratlardan xilas etdilər
İran insan haqları qruplarını Saberinin işinə müdaxilə etməməyə çağırır
Əfqanıstanda 12 mülki vətəndaş həlak olub
ABŞ qüvvələri iyunun 30-dan sonra İraq şəhərlərində qalmayacaq
İran kürd yaraqlılara hücum edib
Kolumbiyada donuz qripi qeydə alınıb
Barak Obama administrasiyasının H1N1 virusuna qarşı ciddi tədbirlər gördüyünü deyib