VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

04 May 2009 

Günün xəbərləri:

45 dildə xəbərlər
Mətbuat Azadlığı gününə Azərbaycandan baxış

04/05/2009

Hər il mayın 3-də dünyada mətbuat azadlığı günü qeyd edilir. Azərbaycanda mətbuat azadlığı günü rəsmi səviyyədə qeyd edilməsə də, jurnalist təşkilatları və ictimaiyyətin nümayəndələri bayram tədbiri keçirib.
Beynəlxalq təşkilatlar Azərbaycanı mətbuatı azad olmayan ölkə kimi qiymətləndirir. “Freedom House” təşkilatının medianın vəziyyətinə dair keçirdiyi sorğuya əsasən, Azərbaycan media azadlığının səviyyəsinə görə 195 ölkə arasında 168-ci yeri Tacikistanla bölüşür.
Təşkilatın araşdırmalar üzrə direktoru Kristofer Volker bildirib ki, Azərbaycan ötən il də diqqət mərkəzində olub. Bir neçə jurnalist peşə fəaliyyətinə görə həbs edilib və sonra buraxılıb. “Jurnalistlərin azad edilməsi müsbət haldır. Amma Azərbaycanda medianın fəaliyyətinin məhdudlaşdırılması davam edib. Ötən il xarici radioların – “Amerikanın səsi”, “Azadlıq” və BBC - nin yerli tezliklərdə yayımı dayandırılıb. Biz Azərbaycan haqqında mediaya geniş təzyiqlər olan ölkə kimi danışırıq. Bu ölkədə medianın mənzərəsinə baxsaq, jurnalistlərin azad edilməsi mediaya ümumi təzyiqlər mühitində kiçik bir müsbət haldır” - deyə o qeyd edib.
ABŞ prezidenti Barak Obamanın mətbuat azadlığı günü münasibətilə bəyanatında deyilir ki, mətbuat azadlığı gününün qeyd edildiyi 1993-cü ildən indiyədək 692 jurnalist öldürülüb. Qurbanların əksəriyyəti - öz ölkələrində cinayətkarlıqdan, korrupsiyadan, təhlükəsizlik qüvvələrindən tənqidi yazan jurnalistlərdir. "Bu çox ölkələrdə baş verir. Azərbaycandan tutmuş Zimbabveyədək, Birmada, Özbəkistanda, Kubada və Eritreyada”, - deyə prezident qeyd edib.
Azərbaycan iqtidarı ölkədə mətbuat azadlığı ilə bağlı deyilənlərlə razılaşmır. Rəsmi şəxslər söz və mətbuat azadlığının hətta yüksək səviyyədə olduğunu, tənqidçi jurnalistlərin hüququnun dövlət səviyyəsində qorunduğunu bildirir. Rəsmi “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun fikrincə, Azərbaycan prezidenti medianın azadlığının təmin edilməsi və jurnalistlərin hüquqlarının qorunması sahəsində daim addımlar atır. O yaxın günlərdə prezidentin müdaxiləsindən sonra “Təzadlar” qəzetinin baş redaktorunun həbsdən azad edilməsi üçün qanuni tədbirlər görüldüyünü yada salıb.  
“Media Hüquqları” institutunun direktoru Rəşid Hacılı ölkədə media azadlığı və jurnalistlərin hüquqlarının qorunması sahəsində vəziyyəti acınacaqlı qiymətləndirir. Onun dediyinə görə, hazırda həbsdə olan jurnalistlər tənqidi yazıları ilə tanınır.
Cənab Hacılının fikrincə, prezidentin məlum bəyanatından sonra jurnalistlərin işlərinə məhkəmələrdə barışdırıcı mövqedən yanaşılır. Bununla yanaşı, jurnalistlərə qarşı təzyiqlər hələ də davam edir və bu məhkəmələrdə ciddi araşdırılmır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov “Freedom House”un göstəricisi ilə razılaşmır. O ölkədə medianın problemlərinin olduğunu da etiraf edir. Ancaq mətbuat azadlığı sahəsində vəziyyət heç də Afrikanın və Cənubi Amerikanın bəzi ölkələrindəki kimi acınacaqlı deyil.
Hazırda Azərbaycanın 3 tənqidçi jurnalisti həbsdədir. Bunlar “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Bizim Yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovdur. Eynulla Fətullayevin atası Emin Fətullayev bu gün həbsxanada oğlu ilə görüşüb. Onun sözlərinə görə, oğlu dünyada 32 nəfər vicdan məhbusu kimi tanınmış insanlardan biridir. Baş redaktora hər gün dünyanın müxtəlif ölkələrindən məktublar yazırlar və mətbuat azadlığı günü münasibəti ilə isə ona 300 təbrik ünvanlanıb.
Emin Fətullayev oğlunun bir məqaləyə görə, terrorla hədələmə ittihamı ilə həbs edildiyini deyib. Ancaq Neft Akademiyasında insanları qətlə yetirən qatilə xuliqanlıq ittihamı irəli sürülüb.
Azadlıq qəzetinin satirik - yazarı Mirzə Sakit bu günlərdə həbsdən buraxılıb. O tənqidi yazılarına görə həbs edildiyini deyir. Cənab Sakit həbsdən sonra da tənqidi qələmini satirik şerlərində sınayır.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
Download Tapdıq Fərhadoğlunun “Azərbaycanda mətbuat azadlığı” reportajı
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun “Azərbaycanda mətbuat azadlığı” reportajı
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb
Vəfa Quluzadə: ‘Türkiyə-Ermənistan yaxınlaşması artıq iflasa uğradı’
Hikmət Çətin: Qafqazda sülh və sabitlik üçün NATO-nun daha aktiv rol oynayacağını düşünürəm  Audio Clip Available
Araz Əzimov: Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair prinsiplər hələ razılaşdırılmayıb
Azərbaycan - NATO əlaqələrinin 15 ili  Audio Clip Available
Azərbaycan təhlükəsizlik orqanları İrandan gətirilən 56 kiloqram narkotik maddə aşkar edib 
Azərbaycan Dövlət Başcısı ABŞ nümayəndə heyyətini qəbul edib 
Türkiyədə 8 nəfər şübhəli nəzarət altına alınıb
Gürcüstanda qiyam yatırıldı
Sergey Lavrov NATO görüşündən imtina etdi
ABŞ Müdafiə naziri Səudiyyə Ərəbistanındadır
Roksana Saberinin məsələsinə apellyasiya məhkəməsində baxılacaq
İsrail prezidenti Şimon Peres bu gün Barak Obama ilə görüşür
Çindən 70 Meksika vətəndaşı vətəninə qaytarılır
Faruk Loğoğlu: ‘Türkiyə heç vaxt Azərbaycanı Ermənistan üçün fəda etməz’
Donuz qripi A-H1N1 epidemiyası daha geniş şəkildə yayıla bilər
Robert Vud: 'Dağlıq Qarabağa dair vaxt cədvəlindən danışmaq istəmirəm'
Mahmud Əhmədinejad Latın Amerikasına səfərini təxirə salıb
Mətbuat Azadlığı gününə Azərbaycandan baxış  Audio Clip Available
Neft Akademiyasında silahlı basqında günahlandırılan iki nəfər həbs edilib
Gürcüstan müxalifəti sabah Tbilisidə əsas yolları bağlamağa hazırlaşır
Cənubi Koreya hərbçiləri Şimali Koreya gəmisini piratlardan xilas etdilər
İran insan haqları qruplarını Saberinin işinə müdaxilə etməməyə çağırır
Əfqanıstanda 12 mülki vətəndaş həlak olub
ABŞ qüvvələri iyunun 30-dan sonra İraq şəhərlərində qalmayacaq
İran kürd yaraqlılara hücum edib
Kolumbiyada donuz qripi qeydə alınıb
Barak Obama administrasiyasının H1N1 virusuna qarşı ciddi tədbirlər gördüyünü deyib