VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

04 May 2009 

Günün xəbərləri:

45 dildə xəbərlər
Faruk Loğoğlu: ‘Türkiyə heç vaxt Azərbaycanı Ermənistan üçün fəda etməz’


04/05/2009

 

Vaxtı ilə Türkiyənin Azərbaycada və ABŞ-da səfiri olmuş sabiq türk diplomatı, Ankaradakı Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Faruk Loğoğlu Amerikanın səsinə müsahibəsində Bakı-Ankara münasibətlərində son zamanlar yaranmış problemlərin həlli yollarından danışıb. Müsahibəni təqdim edirik:

Faruk logoglu
                       Faruk loğoğlu
Sual:
Cənab Loğoğlu, Azərbaycan-Türkiyə münasibətlərində son zamanlar problemlər yaşandığı barədə mətbuat yazırdı. Ancaq bu, rəsmi səviyyədə dilə gətirilmirdi. Lakin bu gün Türkiyəyə səfəri əsnasında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov iki ölkənin münasibətlərini böhranlı qiymətləndirib. Haqqında danışılan böhranı siz necə təsvir edərdiniz?

Cavab: Həqiqətən də, son həftələrdə Türkiyə-Azərbaycan münasibətlərində bir sıxıntı yaşadıq. Bunun təzadları hələ tam keçməyib. Xüsusilə də iki ölkə mətbuatında bu böhran və sıxıntı reallıqdan daha böyük şəkildə təqdim olunurdu. Rəsmilərin verdiyi bəyanatlar da vəziyyəti düzəltməkdənsə, sanki həqiqətən də iki ölkə arasında böyük bir problem olması təsəvvürünü gücləndirdi.

Sual: Vaxtı ilə Bakıda çalışmış Türkiyə səfiri kimi, siz indi yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Hər iki ölkə necə bir davranış nümayiş etdirməlidirlər?

Cavab: Mən buna inanıram ki, Türkiyə ilə Azərbaycan bir-birilərinə çox yaxındırlar və iki ölkənin maraqları bir çox məsələdə bir-birini tamamlayır. Türkiyə üçün Azərbaycan vazkeçilməz, dəyərli bir qonşu və qardaş ölkədir. Mən bir şeyi deyə bilərəm ki, Türkiyə heç vaxt Azərbaycanı Ermənistan üçün fəda etməz. Ankara Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş bütün ərazilərinin geri qaytarılması mövqeyində sonadək duruş gətirmək iqtidarındadır. Mən iki ölkə arasındakı hazırkı mərhələnin tezliklə aşılacağına inanıram. Gələn həftə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gedəcək və orada prezident İlham Əliyevlə görüşəcək. Mən iki ölkənin əvvəllər olduğu kimi, birlikdə hərəkət edəcəklərini düşünürəm.

Sual: Bir məqama aydınlıq gətirməyinizi istərdim. Azərbaycan rəsmiləri ehtiyat edirlər ki, Avropa Birliyinə üzvlük şanslarını artırmaq naminə Türkiyə Ermənistanla sərhədlərini açmaq qərarı verə bilər. Lakin Türkiyə rəhbərləri dəfələrlə Azərbaycanı arxayın ediblər ki, Ankara Ermənistanla müzakirələrini Dağlıq Qarabağla paralel şəkildə aparır. Bu diplomatik ifadələrin arxasında dayanan anlaşılmazləqlar nədir?

Cavab:  Bu anlaşılmazlıqları Azərbaycan prezidenti cənab İlham Əliyev çox açıq şəkildə ifadə etdi ki, məlumat vermək başqa şeydir, məsləhətləşmək başqa. Mən Türkiyənin gərəkli məlumatları Azərbaycanla tam və daimi olaraq bölüşdüyünə heç bir şebhə etmirəm. Amma bu müddətdə bütün məqamlar üzrə məsləhətləşmənin olub-olmadığını deyə bilmərəm. Məncə, indi Türkiyə hökuməti baş nazir və president bu sahədəki çatışmazlıqları dolduracaqlar. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması lazımdır, çünki nəticədə o da bizim qonşumuzdur. Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi Ermənistan-Azərbaycan münasibətlərinə fayda verəcək. Lakin bu, Dağlıq Qarabağa paralel şəkildə getməlidir. Şəxsən mən Ankara ilə Yerevan arasında aparılan müzakirələr əsnasında bu məsələnin müzakirə edildiyinə heç bir şübhə bəsləmirəm.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb
Vəfa Quluzadə: ‘Türkiyə-Ermənistan yaxınlaşması artıq iflasa uğradı’
Hikmət Çətin: Qafqazda sülh və sabitlik üçün NATO-nun daha aktiv rol oynayacağını düşünürəm  Audio Clip Available
Araz Əzimov: Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair prinsiplər hələ razılaşdırılmayıb
Azərbaycan - NATO əlaqələrinin 15 ili  Audio Clip Available
Azərbaycan təhlükəsizlik orqanları İrandan gətirilən 56 kiloqram narkotik maddə aşkar edib 
Azərbaycan Dövlət Başcısı ABŞ nümayəndə heyyətini qəbul edib 
Türkiyədə 8 nəfər şübhəli nəzarət altına alınıb
Gürcüstanda qiyam yatırıldı
Sergey Lavrov NATO görüşündən imtina etdi
ABŞ Müdafiə naziri Səudiyyə Ərəbistanındadır
Roksana Saberinin məsələsinə apellyasiya məhkəməsində baxılacaq
İsrail prezidenti Şimon Peres bu gün Barak Obama ilə görüşür
Çindən 70 Meksika vətəndaşı vətəninə qaytarılır
Faruk Loğoğlu: ‘Türkiyə heç vaxt Azərbaycanı Ermənistan üçün fəda etməz’
Donuz qripi A-H1N1 epidemiyası daha geniş şəkildə yayıla bilər
Robert Vud: 'Dağlıq Qarabağa dair vaxt cədvəlindən danışmaq istəmirəm'
Mahmud Əhmədinejad Latın Amerikasına səfərini təxirə salıb
Mətbuat Azadlığı gününə Azərbaycandan baxış  Audio Clip Available
Neft Akademiyasında silahlı basqında günahlandırılan iki nəfər həbs edilib
Gürcüstan müxalifəti sabah Tbilisidə əsas yolları bağlamağa hazırlaşır
Cənubi Koreya hərbçiləri Şimali Koreya gəmisini piratlardan xilas etdilər
İran insan haqları qruplarını Saberinin işinə müdaxilə etməməyə çağırır
Əfqanıstanda 12 mülki vətəndaş həlak olub
ABŞ qüvvələri iyunun 30-dan sonra İraq şəhərlərində qalmayacaq
İran kürd yaraqlılara hücum edib
Kolumbiyada donuz qripi qeydə alınıb
Barak Obama administrasiyasının H1N1 virusuna qarşı ciddi tədbirlər gördüyünü deyib