Rusiya və Ukrayna rəsmiləri şənbə günü Moskvada görüşəcək
15/01/2009
Rusiya və Ukrayna rəsmiləri şənbə günü görüşərək
Avropaya qaz nəqli ilə bağlı yaranmış vəziyyətdən çıxış yollarını axtarmağa
çalışacaq. Ukrayna baş naziri Yuliya Timoşenko və onun rusiyalı həmkarı Vladimir
Putin bu gün telefonla danışıq zamanı Moskvada müzakirələr keçirilməsinə
razılıq veriblər. Daha əvvəl Ukrayna
Moskvada görüşməyi rədd edərək bildirmişdi ki, görüş Avropa Birliyi ərazisində
baş tutmalıdır. Birliyin açıqlamasında
bildirildiyinə görə, təşkilat danışıqlara enerji komissari Andris Paybalqs və Çex
Respublikasının enerji naziri Martin Rimanı göndərəcək. Rusiya prezidenti
Dmitri Medvedyev deyir ki, o, görüş zamanı böhrandan çıxış yollarının
tapılacağına ümid edir.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.