VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

14 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Human Rights Watch: `Azərbaycan səhvlərini düzəldə bilmədi`


14/01/2009

 

Mərkəzi Nyu Yorkda yerləşən Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı  dünyada insan haqlarının vəziyyəti barədə növbəti  illik  hesabatını açıqlayıb.  Bu ilki hesabatda da Azərbaycan kəskin tənqid olunur.

[insert caption here]

«Dünya hesabatı 2009» adlanan sənədin giriş hissəsində dünyada insan haqlarına və demokratiyaya münasibətin pisləşdiyi, Qərb demokratiyasının, xüsusilə də ABŞ-ın bu sahədə dünyaya təsirinin azaldığı qeyd edilir.

Təşkilatın əsas diqqət ayırdığı məsələ «Demokratiya maskası altında diktatorlar»ın Qərbin loyal mövqeyi ucbatından öz yerlərində möhkəmlənə bilməsidir.

Hesabatda bildirilir ki, bir sıra diktator ölkələrin zahirdə özlərini demokrat kimi qələmə verməsi ABŞ və digər Qərb ölkələrinin həmin diktator rejimlər qarşısında laqeyd mövqedən çıxış etməsinə, nəticədə isə bu rejimlərin gündən-günə güclənərək, öz vətəndaşlarına qarşı daha sərt mövqe tutmasına səbəb olur.

Hesabatda həmçinin bildirilir ki, hazırda dünyanın onlarla ölkəsində, o cümlədən də, İran, Pakistan, Rusiya, Şimali Koreya, Liviya Nigeriya kimi ölkələrdə insan hüquqları mütəmadi olaraq çox kobud şəkildə pozulmaqdadır.

Təşkilatın rəhbəri Kennet Rot deyir ki, dünyada insan haqlarının müdafiəsiz qalması bir çox bölgələrdə hakimiyyətlərin öz ömürlərini uzada bilmək üçün daha ciddi zorakılıqlara əl atmasına yol açıb…

Cənab Rot deyir ki, hökümətlər həm halqarı, həm də beynəlxlaq cəmiyyət qarşısında özlərini cavabdeh hissetmədiklərinə  görə, insan haqlarını boğur, bu sahədə istənilən müdafə tədbirlərinə mane olurlar…

Bakı
          Bakı
Human Rights Watchın hesabatının Azərbaycana aid hissəsində deyilir ki, əvvəlki kimi polisdə işgəncələr, siyasi motivlərlə, həbslər olub.  Media azadlığı sahəsində vəziyyət nəinki yaxşılaşmayıb, hətta daha da pisləşib. Jurnalistlərin həbs və təqib olunması davam edib. Beynəlxalq birliyin bir sıra subyektləri Azərbaycanı insan haqlarının pozulmasına görə açıq şəkildə tənqid edib.
«Dünya hesabatı 2009»da  yazılana görə, ötən il ümimiyyətlə, Azərbaycanda əvvəlki kimi işgəncələrin geniş yayıldığı il olub. Hesabatda müstəqil fikir adamlarınının döyülməsi, həbs olunması, qəzetlərin fəaliyyətinin dayandırılması faktlarına xüsusi yer ayrılır.

Human Rights Watch Azərbaycanda müstəqil medianın boğulduğunu, fəaliyyətdə olan telekanalların hökumətyönümlü televiziyalardan fərqlənmədiyini, eyni zamanda onların hakimiyyəti çox tənqid edəcəyi təqdirdə bağlanmaq təhlükəsi ilə üzləşə biləcəyini qeyd edir.
Daha sonra hesabatda ötən ilin sonunda Milli Teleradio Şurasının Amerikanın səsi Azadlıq və BBC radio proqramlarının FM vasitəsilə yayımının dayandırılması barədə söz açılır. Human Rights Watch hesab edir ki, xarici radiostansiyaların FM tezliyindən çıxarılması ciddi səhvdir.

Bu ilki hesabatda Azərbaycanda hüquq müdafiəçilərinin təzyiq və hədələrə məruz qalması məsələsinə də xüsusi diqqət ayrılır. Göstərilir ki, əvvəlcə ölkədə  müxalif partiyalara hücum edildi, indi isə hədəf də vətəndaş cəmiyyətinin nümayəndələridir.

Bu yaxınlarda daxili İşlər naziri Ramil Usubov hüquq müdafiəçisi Leyla Yunusu məhkəməyə verib və iddia edib ki, o, müsahibələrindən birində nazirə böhtan atıb. Hüquq müdafiəçisi isə bunu vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiq kimi qiymətləndirib.

Hesabatda yer alan məsələlərdən biri də ötən ilki prezident seçkiləridir. Sənəddə deyilir ki, müəlliflərə görə. bu seçkilər Azərbaycana demokratiya və insan haqları sahəsində səhvlərini düzəltmək üçün imkan idi, lakin bu imkan qaçırıldı.

Belə ki, müxalifət partiyaları seçkini boykot elədilər, toplaşma və media azadlığı məhdudlaşdırıldı.
Hesabatda daha sonra  deyir ki, ilyarım əvvəl Azərbaycanda 5 jurnalist prezident fərmanı ilə həbsdən buraxılsa da, bu xoşməranlı jest davam etdirilmədi və indi daha 5 jurnalist hələ də həbsdədir.

Hesabatda hüquq müdafiəçilərinin müdafiəsi  dünya demokratiyalarının başlıca vəzifəsi kimi qeyd olunur və xatırlanır ki, ABŞ bunu diplomatiyasının əsas missiyası elan edib.

Hərçənd ki, Human Rights Watch Təşkilatı Birləşmiş Ştatların özünün insan hüquqları sahəsində göstəricilərinin aşağı olduğunu bildirib. 

Kennet Rot deyir ki, iş elə gətirib ki, "Birləşmiş Ştatlar hökumətinin digər ölkələri işgəncəyə görə günahlandırması çox çətindir, çünki Mərkəzi Kəşfiyyat İdarəsinin özü insanları işgəncəyə məruz qoyub".

Bu hesabat dünya boyu auditoriya üçün nəzərdə tutulur. 


Şərhlər:

Bu məqaləyə ilk şərh yazan siz olun.
Öz şərhinizi bizə göndərin

Bu məqalə barədə şərhinizi bizə göndərsəniz, biz onu saytımıza yerləşdirə bilərik. Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.











 
Bu hissə iştirakla aşağıdakı bəndlə razılaşırsınız: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Avropa Birliyi Nabucco kəmərinin  tikintisini ali prioritet hesab edir
Obama insan haqları məsələsinə ciddi yanaşmalıdır
İlham Şaban: Nabucco layihəsində infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması başlanmalıdır  Audio Clip Available
BMT-nin baş katibi Qəzza ilə bağlı sülh planını müzakirə edir
Obama administrasiyası Əl Qaidə problemini prioritet hesab edir
Avropa Komissiyası Moskva ilə Kiyevi hədələdi
Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təqdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək
Deyvid Petraus Qazaxıstandadır
Qəzzada qanlı döyüşlər davam edir
Avropa iqtisadi problemlərə daha kəsərli cavab verməlidir
Mosul İraqda zorakılıqların ən çox baş verdiyi şəhərdir
Freedom House hesabatına aydınlıq gətirdi
Freedom House: `Azad ölkələrin sayı azalır…`
Konqresdə Senator Hillari Klintonun Dövlət katibi vəzifəsinə təsdiqilə bağlı dinləmələr gedir
'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar  Audio Clip Available
Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir  Audio Clip Available
Amerikanın yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq
İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır
Rusiya ilə Ukrayna arasında qaz böhranı davam edir
ABŞ rəsmisi iqtisadi stimul paketinin həcmindən ehtiyatlanır
Obama administrasiyası Əfqanıstana əlavə qüvvə göndərəcək
ABŞ-ın növbəti vitse-prezidenti Bağdadda İraq liderlərilə görüşüb
İsrail qüvvələri və tankları Qəzzanın içərilərinə doğru irəliləyir
Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət
Rəsmi Bakı Moskvadan izahat istəyir
Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır
İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir  Audio Clip Available