VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

14 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təqdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək

14/01/2009

Nyu-York  senatoru  Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təsdirdə, "ağıl gücü" diplomatiyasından istifadə edərək, Yaxın Şərqdə sülh və sabitliyi bərqərar edəcəyini deyib. Senatın Xarici Əlaqələr Komitəsi qarşısında ifadə verən Hillari  Klinton Vaşinqtonun müttəfiqləri ilə münasibətlərini inkişaf etdirəcəyinə söz verib. ABŞ-ın sabiq birinci xanımı "ağıl gücü" diplomatiyasının İsrailin təhlükəziliyi və fələstinlilərin siyasi və iqtisadi ehtiyaclarının qarşılanmasına xidmət edəcəyinə söz verib.

Buş administrasiyasının siyasətinə birbaşa toxunmasa da o, Obamanın Ağ Evinin diplomatiyanın yeni erasına start verəcəyini deyib. Xanın Klinton  növbəti prezidentin və xarici siyasətin sərt ideologiya deyil, prinsip və praqmatizmə əsaslanmalı olduğunu bildirib.Senator Klinton deyib ki, Obama administrasiyası İranla diplomatik əlaqələr qurulmasına çalışacaq, lakin bu mövqenin effektivliyinə dair illüziyalara qapılmayacaq.

Hillari Klinton məqsədlərə diplomatiya,  sanksiyalar və İranı nüvə texnologiyası əldə etməsindən çəkindirmək üçün daha güclü koalisiya yaradılması yolu ilə nail olunacağını deyib.

Nyu Cersi senatoru Robert Menendezin erməni soyqırımı iddiaları məsələsinin gündəmə çıxarılacağına dair sualı cavablandırarkən xanım Klinton yeni administarsiya kimi bütün məsələlərin nəzərdən keçiriləcəyini deyib. Xatırladaq ki, Hillari Klinton 1915-ci il genosidinin tanınmasına dəstək verirdi.

Senator Klinton Obama administrasiyasının terrorimzə qarşı geniş əhatəli strategiya tətbiq edəcəyini bildirib.

 

 


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər

  Başqa xəbərlər
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Avropa Birliyi Nabucco kəmərinin  tikintisini ali prioritet hesab edir
Obama insan haqları məsələsinə ciddi yanaşmalıdır
İlham Şaban: Nabucco layihəsində infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması başlanmalıdır  Audio Clip Available
BMT-nin baş katibi Qəzza ilə bağlı sülh planını müzakirə edir
Obama administrasiyası Əl Qaidə problemini prioritet hesab edir
Avropa Komissiyası Moskva ilə Kiyevi hədələdi
Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təqdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək
Deyvid Petraus Qazaxıstandadır
Qəzzada qanlı döyüşlər davam edir
Avropa iqtisadi problemlərə daha kəsərli cavab verməlidir
Mosul İraqda zorakılıqların ən çox baş verdiyi şəhərdir
Freedom House hesabatına aydınlıq gətirdi
Freedom House: `Azad ölkələrin sayı azalır…`
Konqresdə Senator Hillari Klintonun Dövlət katibi vəzifəsinə təsdiqilə bağlı dinləmələr gedir
'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar  Audio Clip Available
Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir  Audio Clip Available
Amerikanın yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq
İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır
Rusiya ilə Ukrayna arasında qaz böhranı davam edir
ABŞ rəsmisi iqtisadi stimul paketinin həcmindən ehtiyatlanır
Obama administrasiyası Əfqanıstana əlavə qüvvə göndərəcək
ABŞ-ın növbəti vitse-prezidenti Bağdadda İraq liderlərilə görüşüb
İsrail qüvvələri və tankları Qəzzanın içərilərinə doğru irəliləyir
Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət
Rəsmi Bakı Moskvadan izahat istəyir
Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır
İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir  Audio Clip Available