VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

12 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır

12/01/2009

İran Azərbaycanından gələn xəbərlərə görə, Təbrizin Özəl Universitetinin tələbə birlikləri təxminən iki həftə öncə Təbriz Ettelaatı tərəfindən həbs olunan Vəhid Şıxbəylinin azad olunmasını tələb edən bəyanatla çıxış edib.

İran Vahid Shikhbeyli
İran Vahid Shikhbeyli
Təbrizin Özəl Universitetinin İslami Birliyi, eləcə də həmin təhsil müəssisəsinin “Vəhdət” və“Arman” tələbə təşkilatları azərbaycanlıların milli haqları uğrunda hərəkatın fəallarından olan cənab Şıxbəylinin həbsinin qanunsuz olduğunu bildiriblər.

Bəyanatda qanunsuz təqiblərin dayandırılması tələb edilərək, kütləvi həbslər və təqiblərlə insanları vətən sevgisi, azadlıq eşqi və düşüncələrindən əl çəkdirməyin mümkün olmayacağı deyilir.

Bəyanata imza atan tələbə birlikləri həm də təcridxanalarda saxlandıqları zaman siyasi fəallara qarşı işgəncə və digər qanunsuz sorğu-sual üsullarından istifadə olunmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb, Vəhid  Şıxbəyli kimi fəalların həbsinin höküməti tənqid edənlərın susdurulması kapmaniyasının tərkib hissəsi olduğunu bəyan ediblər.

Təbrizin Özəl Universitetinin “Arman” Tələbə Təşkilatının Mərkəzi Şura üzvü, Vəhid  Şıxbəyli 2 həftə öncə naməlum şəxslər tərəfindən Təbrizdəki evinin qarşısında oğurlanıb. Ertəsi gün onu “oğurlayanların” Ettelaat əməkdaşları olduqları məlum olub. Onun hazırda Təbriz həbsxanasında saxlandığı bildirilir.

 

 


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər

  Başqa xəbərlər
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Avropa Birliyi Nabucco kəmərinin  tikintisini ali prioritet hesab edir
Obama insan haqları məsələsinə ciddi yanaşmalıdır
İlham Şaban: Nabucco layihəsində infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması başlanmalıdır  Audio Clip Available
BMT-nin baş katibi Qəzza ilə bağlı sülh planını müzakirə edir
Obama administrasiyası Əl Qaidə problemini prioritet hesab edir
Avropa Komissiyası Moskva ilə Kiyevi hədələdi
Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təqdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək
Deyvid Petraus Qazaxıstandadır
Qəzzada qanlı döyüşlər davam edir
Avropa iqtisadi problemlərə daha kəsərli cavab verməlidir
Mosul İraqda zorakılıqların ən çox baş verdiyi şəhərdir
Freedom House hesabatına aydınlıq gətirdi
Freedom House: `Azad ölkələrin sayı azalır…`
Konqresdə Senator Hillari Klintonun Dövlət katibi vəzifəsinə təsdiqilə bağlı dinləmələr gedir
'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar  Audio Clip Available
Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir  Audio Clip Available
Amerikanın yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq
İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır
Rusiya ilə Ukrayna arasında qaz böhranı davam edir
ABŞ rəsmisi iqtisadi stimul paketinin həcmindən ehtiyatlanır
Obama administrasiyası Əfqanıstana əlavə qüvvə göndərəcək
ABŞ-ın növbəti vitse-prezidenti Bağdadda İraq liderlərilə görüşüb
İsrail qüvvələri və tankları Qəzzanın içərilərinə doğru irəliləyir
Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət
Rəsmi Bakı Moskvadan izahat istəyir
Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır
İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir  Audio Clip Available