Human Rights Watch: `Azərbaycan səhvlərini düzəldə bilmədi`
By Ələkbər Raufoğlu Vaşinqton 14/01/2009
Mərkəzi
Nyu Yorkda yerləşən Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı dünyada insan haqlarının vəziyyəti barədə növbəti
illik
hesabatını açıqlayıb. Bu ilki hesabatda
da Azərbaycan kəskin tənqid olunur.
«Dünya
hesabatı 2009» adlanan sənədin giriş hissəsində dünyada insan haqlarına və
demokratiyaya münasibətin pisləşdiyi, Qərb demokratiyasının, xüsusilə də ABŞ-ın
bu sahədə dünyaya təsirinin azaldığı qeyd edilir.
Təşkilatın əsas diqqət ayırdığı məsələ «Demokratiya maskası altında
diktatorlar»ın Qərbin
loyal mövqeyi ucbatından öz yerlərində möhkəmlənə
bilməsidir.
Hesabatda
bildirilir ki, bir sıra diktator ölkələrin zahirdə özlərini demokrat kimi qələmə
verməsi ABŞ və digər Qərb ölkələrinin həmin diktator rejimlər qarşısında laqeyd
mövqedən çıxış etməsinə, nəticədə isə bu rejimlərin gündən-günə güclənərək, öz
vətəndaşlarına qarşı daha sərt mövqe tutmasına səbəb olur.
Hesabatda
həmçinin bildirilir ki, hazırda dünyanın onlarla ölkəsində, o cümlədən də,
İran, Pakistan, Rusiya, Şimali Koreya, Liviya Nigeriya kimi ölkələrdə insan
hüquqları mütəmadi olaraq çox kobud şəkildə pozulmaqdadır.
Təşkilatın
rəhbəri Kennet Rot deyir ki, dünyada insan haqlarının müdafiəsiz qalması bir
çox bölgələrdə hakimiyyətlərin öz ömürlərini uzada bilmək üçün daha ciddi
zorakılıqlara əl atmasına yol açıb…
Cənab
Rot deyir ki, hökümətlər həm halqarı, həm də beynəlxlaq cəmiyyət qarşısında özlərini
cavabdeh hissetmədiklərinə görə, insan
haqlarını boğur, bu sahədə istənilən müdafə tədbirlərinə mane olurlar…
Bakı
Human
Rights Watchın hesabatının Azərbaycana aid hissəsində deyilir ki, əvvəlki kimi
polisdə işgəncələr, siyasi motivlərlə, həbslər olub. Media azadlığı sahəsində vəziyyət nəinki
yaxşılaşmayıb, hətta daha da pisləşib. Jurnalistlərin həbs və təqib olunması
davam edib. Beynəlxalq birliyin bir sıra subyektləri Azərbaycanı insan
haqlarının pozulmasına görə açıq şəkildə tənqid edib.
«Dünya hesabatı 2009»da yazılana görə, ötən
il ümimiyyətlə, Azərbaycanda əvvəlki kimi işgəncələrin geniş yayıldığı il olub.
Hesabatda müstəqil fikir adamlarınının döyülməsi, həbs olunması, qəzetlərin fəaliyyətinin
dayandırılması faktlarına xüsusi yer ayrılır.
Human
Rights Watch Azərbaycanda müstəqil medianın boğulduğunu, fəaliyyətdə olan
telekanalların hökumətyönümlü televiziyalardan fərqlənmədiyini, eyni zamanda onların
hakimiyyəti çox tənqid edəcəyi təqdirdə bağlanmaq təhlükəsi ilə üzləşə biləcəyini
qeyd edir.
Daha sonra hesabatda ötən ilin sonunda Milli Teleradio Şurasının Amerikanın səsi
Azadlıq və BBC radio proqramlarının FM vasitəsilə yayımının dayandırılması barədə
söz açılır. Human Rights Watch hesab
edir ki, xarici radiostansiyaların FM
tezliyindən çıxarılması ciddi səhvdir.
Bu ilki hesabatda Azərbaycanda hüquq
müdafiəçilərinin təzyiq və hədələrə məruz qalması məsələsinə də xüsusi diqqət
ayrılır. Göstərilir ki, əvvəlcə ölkədə müxalif partiyalara hücum edildi, indi isə
hədəf də vətəndaş cəmiyyətinin nümayəndələridir.
Bu yaxınlarda daxili İşlər naziri
Ramil Usubov hüquq müdafiəçisi Leyla
Yunusu məhkəməyə verib və iddia edib ki, o, müsahibələrindən birində nazirə böhtan atıb. Hüquq müdafiəçisi isə bunu
vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiq kimi qiymətləndirib.
Hesabatda yer alan məsələlərdən biri
də ötən ilki prezident seçkiləridir. Sənəddə deyilir ki, müəlliflərə görə. bu
seçkilər Azərbaycana demokratiya və insan haqları sahəsində səhvlərini
düzəltmək üçün imkan idi, lakin bu imkan qaçırıldı.
Belə ki, müxalifət partiyaları
seçkini boykot elədilər, toplaşma və media azadlığı məhdudlaşdırıldı.
Hesabatda daha sonra deyir ki, ilyarım
əvvəl Azərbaycanda 5 jurnalist prezident fərmanı ilə həbsdən buraxılsa da, bu
xoşməranlı jest davam etdirilmədi və indi daha 5 jurnalist hələ də həbsdədir.
Hesabatda
hüquq müdafiəçilərinin müdafiəsi dünya demokratiyalarının başlıca vəzifəsi kimi
qeyd olunur və xatırlanır ki, ABŞ bunu diplomatiyasının əsas missiyası elan
edib.
Hərçənd ki, Human Rights Watch Təşkilatı Birləşmiş
Ştatların özünün insan hüquqları sahəsində göstəricilərinin aşağı olduğunu
bildirib.
Kennet Rot deyir ki, iş elə gətirib ki, "Birləşmiş
Ştatlar hökumətinin digər ölkələri işgəncəyə görə günahlandırması çox çətindir,
çünki Mərkəzi Kəşfiyyat İdarəsinin özü insanları işgəncəyə məruz qoyub".
Bu
hesabat dünya boyu auditoriya üçün nəzərdə tutulur.
Bu məqalə barədə şərhinizi bizə göndərsəniz, biz onu saytımıza yerləşdirə bilərik. Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.
Bu hissə iştirakla aşağıdakı bəndlə razılaşırsınız: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.