VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

15 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Freedom House hesabatına aydınlıq gətirdi


13/01/2009

Azərbaycan hökumətinin xarici radioların yerli dalğada yayımının dayandırılması barədə qərarı ölkənin beynəlxalq nüfuzuna xələl gətirdi. Bunu Freedom House təşkilatının araşdırmalar direktoru Kristofer Volker Amerikanın səsinə müsahibəsində qurumun 2008-ci ildə dünyada insan azadlıqlarının vəziyyəti barədə yaydığı hesabatın Azərbaycanla bağlı hissəsini şərh edərkən deyib.

Kristofer Volker
Kristofer Volker
Cənab Volker fikrini belə davam etdirib:  "Bu qərar ölkə ilə bağlı bir çox ümidləri də puça çıxardı.  Əslində biz hesabatımızda yalnız hadisələrin xülasəsinə əsaslanmırıq, ancaq bu il Bakıdan gələn xəbərlər olduqca qaranlıq  mənzərə yaradır. Əvvəl referendum məsələri, sonra radiolarla bağlı qərar... Məncə, bütün bu hadisələr arasında bir bağlılıq var. Belə ki, bütün bunlar ölkədəki  siyasi sistemi və siyasətçiləri adi insanlar qarşısında cavabdehlikdən uzaqlaşdırmağa hesablanıb".

Bu ilki hesabatda mübahisə doğuracaq məsələlərdən biri də sənədə ayrıca bənd qismində, münaqişəli ərazilərin daxil edilməsidir. Hesabat müəllifləri Azərbaycanı qeyri-azad ölkə hesab etdikləri halda, onun Dağlıq Qarabağ ərazisini "qismən azad" kimi göstəriblər. Halbuki, bu siyahıya daxil olunmuş münaqişəli ərazilərin əksəriyyəti azad olmayan statusa malikdirlər.

Cənab Volker Dağlıq Qarabağla Azərbaycanın digər əraziləri arasındakı uyğunsuzluğu belə şərh etdi:

"Bu, əslində insan haqları və azadlığın texniki hesablanması nəticəsində baş verib. Daha əvvəl dediyim kimi, biz yalnız xronologiyaya əsaslanmırıq. Rəqəmlərə baxsaq görərik ki, Dağlıq Qarabağın Azərbaycandan fərqli olaraq, qeyri-azad ərazilərdən kənarda qalmasına səbəb onun cəmi 1-2 balla fərqlənməsi olub. Yəni göstəricilər o qədər də uzaq deyil...

Mən məsələnin siyasi tərəfilə o qədər də maraqlanmıram. Ancaq etiraf olunmalıdır ki, Qarabağ ərazisində yaşayan insanların oradakı mövcud inzibati strukturlarla mövcud əlaqəsinin bənzərinə Bakıda rast gəlməz olmaz. Bakıdakı siyasi hakimiyyət get-gedə vətəndaşlar üçün əlçatmaza çevrilir. Siz mənə prezident Əliyevin son illərdə yerli jurnalistlər üçün mətbuat konfransı keçirdiyini xatırlada bilərsinizmi? Və yaxud da insanların dövlət idarələri qarşısında növbəyə düzüldükləri barədə mənzərəyə azmı rast gəlmişik?

Bəli, etiraf edirəm ki, biz əvvəlki illərdə bu məsələyə daha həssas yanaşırdıq. Ancaq fakt budur ki, siyasi problemdən asılı olmayaraq, biz Qarabağdakı yurisdiksiya baxımından qiymətləndirmə aparırıq. Əlbəttə, burada bölğənin Azərbaycan əhalisinin də vəziyyətinə diqqət yetirilməlidir. Yəni, bu mənada siz haqlısınız. Tamamilə doğrudur...".


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər

  Başqa xəbərlər
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Avropa Birliyi Nabucco kəmərinin  tikintisini ali prioritet hesab edir
Obama insan haqları məsələsinə ciddi yanaşmalıdır
İlham Şaban: Nabucco layihəsində infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması başlanmalıdır  Audio Clip Available
BMT-nin baş katibi Qəzza ilə bağlı sülh planını müzakirə edir
Obama administrasiyası Əl Qaidə problemini prioritet hesab edir
Avropa Komissiyası Moskva ilə Kiyevi hədələdi
Hillari Klinton ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edildiyi təqdirdə, “ağıl gücü” diplomatiyasından istifadə edəcək
Deyvid Petraus Qazaxıstandadır
Qəzzada qanlı döyüşlər davam edir
Avropa iqtisadi problemlərə daha kəsərli cavab verməlidir
Mosul İraqda zorakılıqların ən çox baş verdiyi şəhərdir
Freedom House hesabatına aydınlıq gətirdi
Freedom House: `Azad ölkələrin sayı azalır…`
Konqresdə Senator Hillari Klintonun Dövlət katibi vəzifəsinə təsdiqilə bağlı dinləmələr gedir
'Freedom House'-un hesabatına Azərbaycandan reaksiyalar  Audio Clip Available
Ekspertlər Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirir  Audio Clip Available
Amerikanın yardımı ilə İranın islam rejiminin devrilməsi cəhdinə görə 4 nəfərin ittihamnaməsi açıqlanacaq
İran höküməti Azərbaycan musiqiçilərini ölkədən çıxarır
Rusiya ilə Ukrayna arasında qaz böhranı davam edir
ABŞ rəsmisi iqtisadi stimul paketinin həcmindən ehtiyatlanır
Obama administrasiyası Əfqanıstana əlavə qüvvə göndərəcək
ABŞ-ın növbəti vitse-prezidenti Bağdadda İraq liderlərilə görüşüb
İsrail qüvvələri və tankları Qəzzanın içərilərinə doğru irəliləyir
Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət
Rəsmi Bakı Moskvadan izahat istəyir
Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır
İsa Qəmbər: Avtoritar rejimlər dünyanın praqmatik maraqlarına ciddi təhlükədir  Audio Clip Available