Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

ABŞ Mətbuatı: Azərbaycanda seçkilər

14/10/2008

Azerbaijan Kazakhstan elections

Azərbaycandakı prezident seçkiləri Qərb mətbuatında da işıqlandırılır.  International Herald Tribune qəzeti aparıcı müxalifət partiyalarının seçkiləri baykot etdiyini yazır.  Müxalifət şübhə etmir ki, növbəti səsvermə prezident İlham Əliyevi hakimiyyətdə saxlayacaq.  Bu səbəbdən də müxalifət ldierləri vıətəndaşları seçkilərə qatılmamağa çağırıblar.  Onların imzaladığı bəyanatda səsvermə demokratiyanın imitasiyası kimi dəyərləndirilir.  İlham Əliyevin seçkilərdə iştirak edən 6 rəqibini asanlıqla məğlub edəcəyi gözlənilir.  Beynəxalq müşahidəçilər indiyədək Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standardlara cavab vermədiyini bildirir.  Bununla belə ABŞ və başqa Qərb dövlətləri Azərbaycanla sıx münasibətlər saxlayır.  Rəsmi Vaşinqton Əliyev hökumətini azad və ədalətli seçkilər keçirməyə çağırıb.

Daily Times qəzeti "neftlə zəngin, korrupsiya içində üzən" Azərbaycanda seçkilərin demokratikliyini şübhə altına alır.  “Xəzəryanı dövlətin əvvəlki prezidenti Heydər Əliyevin 46 yaşlı oğlunun ikinci dönəm hakimiyyətə seçiləcəyi indidən bəllidir,” deyə yazıda bildirilir.  Müəmmalı qalan yeganə faktor İlham Əliyevin ABŞ-la Rusiya arasında sərtləşən münasibətlər fonunda dövlətin sükanını necə idarə edəcəyidir.  Hazırkı prezidentdən əlavə 6 hökumətə loyal namizədin qatıldığı seçkiləri təhlilçilər 1991-ci ildən bəri ən maraqsız səsvermə kimi qiymətləndirir.  Müstəqil politoloq Rasim Musabəyov Daily Tayms-a bildirib ki, rəsmilərin hazırkı narahatlığı başlıca olaraq ondan qaynaqlanır ki, Əliyevə verilən dəstək ifrat dərəcədə yüksək deyil.  İlham Əliyevin rəqibləri onu birbaşa tənqid etməkdən yayınaraq, əvəzində onun ətrafındakıları günahlandırırlar.  Namizədlərin sözlərinə görə ətrafındakılar İlham Əliyevə öz platformasını tam icra etməyə imkan vermir.

Dünya Bankı bu günlərdə Azərbaycanda baş verən iqtisadi artımı alqışlayılb.  Ötən il 26 faiz, 2006-cı ildə 34 faizlik artımlar Azərbaycanın iqtisadi uğurları ciddi təəssürat buraxır.  Lakin bu müvəffəqiyyətli mənzərəni korlayan Azərbaycandakı korrupsiyanın səviyyəsidir.  Transparency International təşkilatının keçirdiyi sorğuların nəticəsi  Azərbaycanı korrupsiya üzrə 180 ölkə arasında 158-ci yerə qoyur. 

Petroleum World məcmuəsində Azərbaycan neftçisinin güzərarından bəhs edilir.  Qızmar günəş altında çirkli paltar geymiş neftçilərin əhval ruhiyyəsi müəyən qəzəb və əlacsızlıq hissi ilə xarakterizə olunur.  Neft işçiləri ölkəyə axan neft pulundan kifayət qədər bəhrələnmədiklərinə görə şikayət edirlər.  Orta əmək haqqı 500 manat olan neftçilərin seçkilərə münasibəti birmənalı deyil.  Bəziləri sabitliyi və sakitliyi əsas götürərək İlham Əliyevə, başqaları isə seçkilərdə iştirak etməyəcəklərini deyirlər.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Barak Obama Demokrat Partiyasının üzvü kimi sonuncu radio müraciətini  inaqurasiyanın  mahiyyətinə həsr edib

  Başqa xəbərlər
Kabildə kamikadze hücumu  4 əfqan vətəndaşının ölümünə səbəb olub
İsrail atəşkəslə bağlı qərarını bu gün verməlidir
Şimali Koreya nüvə başlıqları düzəltmək qabiliyyətinə malik olduğunu bildirir
Suriya Barak Obama administrasiyası ilə əməkdaşlığa hazırdır
Qırğızıstan ABŞ-ın hərbi bazasını bağlaya bilər
Prezident Buş sonuncu radio müraciətini etdi
Urmiyənin Qızıl Xənəyə sakinlərilə polis arasında qarşıdurma olub
İlham Əliyev: Azərbaycanın ən azı 2 trilyon kubmetr qazı var
Bakı ilə Moskva arasında silah qalmaqalı böyüyür
Bakıda bina partlayıb
Sergey Lavrov: `Rusiya Obama administrasiyası ilə bir sıra məsələlərdə əməkdaşlığa razıdır`
Terri Devidson: ‘FM-də yayımı mühüm hesab edirik’
Həmas İsrailin şərtlərini qəbul edə bilməz
Roma Papası İranla münasibətlərin yaxşılaşması sahəsində iş görəcəyinə söz verib
'Ergenekon iddiası Türkiyə qanunlarının fundamental prinsiplərini pozub'
Avropa Birliyindən Rusiya və Ukraynaya növbəti xəbərdarlıq
Deyvid Petreus Türkmənistandadır
Marsda metan qazı aşkar edilib
Azərbaycan uşaqların durumuna görə dünyada 77-ci yerdədir  Audio Clip Available
Avropa Şurası MTRŞ-nin qərarından narahatdır
Dəyirmi Masa: Azərbaycanda insan hüquqları və mətbuat azadlığı
Barak Obama: `ABŞ-ın xarici siyasətində hər iki partiyanın mövqeyi rəhbər götürüləcək`
Xarici Əlaqələr Komitəsi Hillari Klintonun dövlət katibi vəzifəsinə namizədiyini təsdiq etdi
İsrailin raket hücumları zamanı Qəzzadakı BMT nümayəndəliyi dağılıb
Əli Həsənov: 'Xarici radioların orta dalğalarda yayımı mümkündür'
Yunanıstan ATƏT-in Gürcüstanda missiyasını davam etdirmək üçün yeni təkliflər irəli sürüb
Dünyada hər gün doğuş zamanı 1500 qadın dünyasını dəyişir
Rusiya və Ukrayna rəsmiləri şənbə günü Moskvada görüşəcək
Mumbay hücumlarında əli olmaqda şübhələnilənlərın sayı artır
Venesuela konstitusiyasında dəyişiklik etiraz aksiyaları ilə qarşılanıb
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Human Rights Watch: `Azərbaycan səhvlərini düzəldə bilmədi`