ABŞ Mərkəzi Komandanlığının
rəhbəri Qazaxıstan rəsmilərilə təhlükəsizliyin artırılması məsələsini müzakirə
etmək üçün bu ölkəyə rəsmi səfər edib. General
Deyvid Petrausun Əfqanıstandakı NATO qüvvələrinə təchizat çatdırılması üçün
Mərkəzi Asiyadan tranzit kimi istifadə edilməsi barədə danışıqlar aparacağı
gözlənilir. Qeyd edək ki, Qazaxıstan
Əfqanıstanla həmsərhəd olmasa da, tranzit mərkəzi funksiyasına yiyələnmək
iqtidarındadır.