VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

15 Janvar 2009 

Bu gün Amerikanın Səsində:

45 dildə xəbərlər
Azad mətbuat Azərbaycana lazımdır

03/01/2009

BroadcastsAzərbaycan Azadlıq radiosu,  Amerikanın səsi və BBC-nin  licenziyalarını uzadılmaması barədə qərar qəbul edib. Azadlıq radiosunun Azərbaycan redaksiyasının direktoru Kənan Əliyevə istinadən bu qərar şübhəsiz xarici kütləvi məlumat vasitələrini susduracaq.  O deyib: “ Əgər biz FM- dalğasını itirsək, dinləyicilərimizin 95 faizini itirəcəyik. FM-də verilişləri dayandırılmış yayım şirkətləri verilişlərini Azərbaycanda yalnız peyk və İnternet vasitəsilə yaya bilər.

Dövlət Departamentinin mətbuat katibinin müavini Gordon Duguid yazılı bəyanatda qeyd edib ki, “Birləşmiş Ştatlar Azərbaycanın Azadlıq radiosu, Amerikanın səsi və BBC-nin lisenziyalarının uzadılmaması qərarına görə dərin təəssüf hissi keçirir. Bu kütləvi informasiya vasitələri demokratik debatların, habelə ideya və məlumatın azad mübadiləsini dəstəkləməkdə mühüm rol oynayır.” Cənab Duquidin bildirdiyinə görə, “qərar həyata keçirilsə, bu, Azərbaycanda söz azadlığı sahəsində ciddi geriləmə və demokratik islahatların ləngiməsi demək olacaq.”

Xarici yayımların susdurulması belə görünür, azad mətbuata qarşı kampaniyanın bir hissəsidir. 2008-ci ildə tanınmış üç jurnalist siyasi motivlər əsasında irəli sürülmüş ittihamlarla həbsxanada saxlanıblar. Dördüncü jurnalist ciddi pozuntularla müşahidə olunmuş məhkəmə prosesində azadlıqdan məhrum olmuşdur. Jurnalist Emin Hüseynov polis tərəfindən tutulub vəhşiçəsinə döyüldükdən sonra xəstəxanaya aparılmışdır. Rəsmilər nə bu insidenti, nə də jurnalistlərə qarşı zorakılıqlara dair digər halları araşdırmamışlar. Sərhədsiz Reportyorlar təşkilatının mətbuat azadlığına dair illik hesabatına əsasən , Azərbaycan 173 ölkə arasında 150-ci yerdədir.

Beynəlxalq jurnalistlər mərkəzinin  nümayəndəsi Çarlz Rays deyir ki,  Azadlıq radiosu, Amerikanın səsi və BBC-nin FM-də yayımı olmadan azərbaycanlıların senzurasız mətbuata çıxışı demək olar ki, yoxdur. Yerli və dövlət tərəfindən idarə olunan kütləvi informasiya vasitələrindən fərqli olaraq,  xarici stansiyalar korrupsiya və rüşvətxorluğa dair ətraflı məlumat verirlər.

Amerikanın səsi və Azadlıq radio stansiyalarını idarə edən Yayım Şurasının üzvü Cefri Hirşberq deyib ki, “ bu vəziyyətdə uduzan Azərbaycan xalqıdır.” Onun sözlərinə görə, “qərar belə görünür, rəsmilərin qərəzsiz informasiyaya çıxışı məhdudlaşdırmağa yönəlmiş birgə səylərinin bir hissəsidir. Biz Azərbaycan hökumətini bu qərara yenidən baxmağa və onların özlərinin işarə etdiyi kimi, vəziyyəti həll etmək üçün birgə işləməyə çağırırıq.  Bununla bərabər, biz Azadlıq və Amerikanın səsinin populyar programlarını Azərbaycana yayımlamaq üçün, mümkün bütün alternativ yolların  tapılmasını davam etdirəcəyik.”-deyə o bildirib.


E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
  Baş xəbərlər

  Başqa xəbərlər
Kabildə kamikadze hücumu  4 əfqan vətəndaşının ölümünə səbəb olub
İsrail atəşkəslə bağlı qərarını bu gün verməlidir
Şimali Koreya nüvə başlıqları düzəltmək qabiliyyətinə malik olduğunu bildirir
Suriya Barak Obama administrasiyası ilə əməkdaşlığa hazırdır
Qırğızıstan ABŞ-ın hərbi bazasını bağlaya bilər
Prezident Buş sonuncu radio müraciətini etdi
Urmiyənin Qızıl Xənəyə sakinlərilə polis arasında qarşıdurma olub
İlham Əliyev: Azərbaycanın ən azı 2 trilyon kubmetr qazı var
Bakı ilə Moskva arasında silah qalmaqalı böyüyür
Bakıda bina partlayıb
Sergey Lavrov: `Rusiya Obama administrasiyası ilə bir sıra məsələlərdə əməkdaşlığa razıdır`
Terri Devidson: ‘FM-də yayımı mühüm hesab edirik’
Həmas İsrailin şərtlərini qəbul edə bilməz
Roma Papası İranla münasibətlərin yaxşılaşması sahəsində iş görəcəyinə söz verib
'Ergenekon iddiası Türkiyə qanunlarının fundamental prinsiplərini pozub'
Avropa Birliyindən Rusiya və Ukraynaya növbəti xəbərdarlıq
Deyvid Petreus Türkmənistandadır
Marsda metan qazı aşkar edilib
Azərbaycan uşaqların durumuna görə dünyada 77-ci yerdədir  Audio Clip Available
Avropa Şurası MTRŞ-nin qərarından narahatdır
Dəyirmi Masa: Azərbaycanda insan hüquqları və mətbuat azadlığı
Barak Obama: `ABŞ-ın xarici siyasətində hər iki partiyanın mövqeyi rəhbər götürüləcək`
Xarici Əlaqələr Komitəsi Hillari Klintonun dövlət katibi vəzifəsinə namizədiyini təsdiq etdi
İsrailin raket hücumları zamanı Qəzzadakı BMT nümayəndəliyi dağılıb
Əli Həsənov: 'Xarici radioların orta dalğalarda yayımı mümkündür'
Yunanıstan ATƏT-in Gürcüstanda missiyasını davam etdirmək üçün yeni təkliflər irəli sürüb
Dünyada hər gün doğuş zamanı 1500 qadın dünyasını dəyişir
Rusiya və Ukrayna rəsmiləri şənbə günü Moskvada görüşəcək
Mumbay hücumlarında əli olmaqda şübhələnilənlərın sayı artır
Venesuela konstitusiyasında dəyişiklik etiraz aksiyaları ilə qarşılanıb
'Freedom House' İranda azadlıqların daha da məhdudlaşdırıldığını bildirir
Human Rights Watch: `Azərbaycan səhvlərini düzəldə bilmədi`