Xarici radiostansiyalara qoyulan qadağaya mənfi münasibət bildirilir
07/01/2009
Azərbaycan hökumətinin xarici radiostansiyaların
milli tezliklərədə yayımına qadağa qoyması beynəlxalq ictimiayyət tərəfindən
narahatlıqla qarşılanır.Bir çox
müşahidəçilər bunu mətbuat azadlığına həmlə kimi qiymətləndirir.
Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq
Komitəsi açıqladığı bəyanatda rəsmi Bakının qərarını sərt tənqid edib.
“Müstəqil mətbuata bu cür bolşeviksayağı münasibət XXI əsrdə
yolverilməzdir.Belə qərarla hakimiyyət
əslində müstəqil mətbuata olan real münasibətini nümayiş etdirmiş olub. Milli
Tetleradio Şurasının qərarı vətəndaşların müstəqil mənbələrdən obyektiv məlumat
almaq hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilir. Bu qərar müstəqil
mətbuata dözümsüz münasibətin nümunəsi kimi başa düşülür və ümid edirik ki,
tezliklə bu cür qeri demokratik populyar olmayan problem öz müsbət həllini
tapacaq.”
Hərəkatın bəyanatına ölkə
daxilində bir sıra başqa sivil cəmiyyət qurumlrı və müxalifət partiyaları da qoşulub.Azərbaycanın aparıcı müxalifət
partiyalarından olan Müsavat partiyasının divanında hökumətin xarici
radiostansiyalarla bağlı qərarı pislənilib.Toplantıda rəsmi Bakının “Azadlıq”, “Amerikanın səsi”, BBC radiostansiyalarının
milli tezliklərdə Azərbaycana yayımının dayandırılması qərarı da müzakirə
edilib və bu addım mətbuat azadlığına aqressiv münasibət, azad söz imkanlarının
son dərəcə məhdudlaşdırılması kimi dəyərləndirilib.“Azadlıq”, “Amerikanın
səsi” və BBC radiostansiyalarının Azərbaycan milli tezliklərində yayımlarının
dayandırılması hakimiyyətin azad söz və mətbuata qarşı növbəti qəsdidir ” Bu
cümlə isə adı çəkilən radioların ölkəyə yayımının dayandırılmasına etiraz
olaraq Milli İstiqlal Partiyasının (MİP) yaydığı bəyanatdandır.
New
York Times-da Azərbaycan hökumətinin xarici radiostansiyaları bağlaması
işıqlandırılır.Azərbaycan prezident
idarəsinin rəsmisi Əli Həsənov qəzetə şərhində radioların milli tezliklərdən başqa
vasitələrdə yayımlana biləcəyini deyib.Bu sıraya qısa dalğa, peyk və kabel daxildir.Lakin “Azadlıq” radiosunun rəhbərliyi israr
edir ki, FM dalğası əksər Azərbaycan vətəndaşlarının çıxışı olan media
vasitəsidir, və Azərbaycan hökuməti son qadağası ilə auditoriyanın 90 faizini
kəsir.Radionun prezidenti Cefri
Gedminin sözlərinə görə son dəyişiklik Azərbaycanlıların azad və müstəqil
mediaya çıxışını əlindən alır.Cənab
Gedmin Azərbaycan hökumətinin bu hərəkətini ümumilikdə regionda cərəyan edən
tendensiyanın tərkib hissəsi kimi görür.Onun sözlərinə görə oxşar addımlar Qırğızıstanda və Özbəkistanda da
atılıb. Yerli hökumətlər qanunlardan bəhanə
kimi istifadə edərək müstəqil media mənbələrini susdurmağa çalışırlar.
İndiyədək ABŞ-la münasibətləri korlamaqdan ehtiyat edən Azərbaycan hökuməti “Azadlıq”
radiosuna çox təzyiq göstərmirdi.Lakin
Dekabrın 30-da hökumətin qəbul etdiyi qərarAmerika hökumətinin bu yönümdə göstərdiyi səylərin bir nəticə
vermədiyinə dəlalət edir.