Skip global Navigation
 

Beynəlxalq təlim və məlumatlandırma proqramı haqqında
Yenidən dizayn edilmiş ABŞ valyutası buraxıldıqda sizin öz əskinazlarınızı yenilərilə dəyişdirməyinizə ehtiyac yoxdur.

ABŞ-ın 1861-ci ildən bəri tədavülə buraxdığı bütün əskinazlar öz nominal dəyərlərinə uyğun olaraq indi də qəbul edilir.

Həm yeni, həm də köhnə dizaynı olan əskinazlar nominal dəyərlərinə uyğun olaraq qanuni ödəmə vasitəsi olmağa davam edəcək və heç bir ABŞ valyutası tədavüldən geri çağırılmayacaq və devalvasiya edilməyəcək.

ABŞ höküməti heç vaxt öz valyutasını devalvasiya etməmişdir və indi də bunu etməyəcək.

Etibar. İnam. Dəyər. Amerikan dolları bütün dünyada bu xüsusiyyətlərə görə tanınır. Birləşmiş Ştatların valyutasına olan bu inamın yaranması ABŞ valyutasının bütövlüyünü qoruyan və onu pul saxtakarlığına qarşı müdafiə edən tədbirlərin - dizaynının mütəmadi olaraq təkmilləşdirilməsi və qanunların qətiyyətlə tətbiqi sayəsində mümkün olmuşdur.

Bu məqsədlə ABŞ hökuməti 13 mart, 2008-ci ildə təkmilləşdirilmiş təhlükəsizlik xüsusiyyətlərinə malik yeni 5 dollarlıq banknot buraxıb. Bundan sonra yeni 100 dollarlıq banknot buraxılacaq.

Birləşmiş Ştatların təxminən 770 milyard dollar həcmində valyutası dünyada dövriyyədədir və Federal Rezerv Bankının hesablamalarına görə bu miqdarın üçdə ikisindən çoxu ABŞ-ın xaricindədir. Faktiki olaraq dünyadakı milyonlarla insan üçün ABŞ valyutası pulun etibarlı saxlama vasitəsidir və bir çox insan gündəlik sövdələşmələrini Amerikan dollarıyla həyata keçirir.

Buna görə ABŞ valyutasının bütün istifadəçilərin – istər ABŞ-da, istərsə də dünyanın digər ölkələrində olanların – valyutamızla əlaqədar hər hansı bir dəyişiklik haqqında məlumatlandırılması vacibdir. Birləşmiş Ştatların hökuməti biznes və maliyyə dairələri, xarici valyutayla işləyən şirkətlər, hüquq mühafizə orqanları, bank işçiləri, nağd pulla işləyən satıcılar, digər təşkilatlar və nəhayət dünya ölkələrinin geniş ictimaiyyət kütlələrinin yeni əskinazın dizaynı və elementləri haqqında xəbərdar olduğundan əmin olmaq istəyir.

Buna görə də Həkk Etmə və Çap Bürosu (BEP) yenidən dizayn edilmiş valyutadakı dəyişikliklər haqqında məlumat vermək üçün 20-dən çox dildə məlumatlandırma materialı hazırlamışdır. Materialları bu veb saytdan pulsuz yükləyə bilərsiniz. Bundan əlavə maliyyə və hüquq mühafizə orqanları, firmalar, təşkilatlar və ümumiyyətlə ictimaiyyət mətbu materialları da əldə edə bilərlər.